Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qar­şısına gətirib. Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gö­zəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təz­yiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər meh­riban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist ba­xışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur. Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat he­kayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq? Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tə­rəf­də əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sev­gini dadanlar qadirdir.
Yazar:
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi: 12 sa. 1 dk.Sayfa Sayısı: 424Basım Tarihi: Eylül 2020Yayınevi: Qədim Qala
ISBN: 9789952807806Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
424 syf.
·
Puan vermedi
·
9 saatte okudu
Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən müsabiqədə qızıl medal qazanıb. Öncəliklə onu qeyd edim ki, kitab bir çox gənclərimizin müasir Azərbaycan ədəbiyyatında bəyənmədiyi "kütlə kitabları"ndan, bayağılıqdan uzaq, orijinal bir
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
Reklam
424 syf.
9/10 puan verdi
Hayatına son vermek için tren raylarını seçen Ted birkaç kez başarısız deneme yapsa da ısrarlı bir şekilde denemeye devam ediyor. Son denemesinde orada Farukla karşılaşır. Faruk da aynı Ted gibi artık hayattan bir beklentisi olmayan, canına kıymak isteyen, bunun için de aynı Ted gibi rayların yolunu tutmuş bir adam. Hayat yolları tren raylarında kesişen bu iki kahramanımız tanışır, zamanla muhabbeti ilerletip birbirlerine hayat hikayelerini anlatırlar. Yazarın bir diğer kitabı olan "Bu Şehirde Kimse Yok Mu"da da olduğu gibi bu kitabın da en etkileyici yerleri ikili arasında gerçekleşen diyaloglar. Özellikle Farukun hikayesi daha etkileyiciydi, çünkü bu hikayenin en önemli kısmı Bosnada yaşanan katliamlar ve insanlık suçlarıydı. Kitabı okumadan önce bazı eleştirileri okuma fırsatı bulmuştum. Yazarın daha çok dini konulara bağlı kaldığını ve bu sayede okuru etkilediğinden bahsediyorlardı. Haklı olabilirler belki, yer yer ben de farkettim bu durumu ama genel itibariyle o açıdan bakmadım konuya. Okur kitabı okurken kendisinden bir şeyler bulabiliyorsa satırlarda, okuduğu kitabı bitirince haznesine herhangi bir şey koyabiliyorsa eğer, önemli olan budur bana göre.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
10/10 puan verdi
·
28 günde okudu
Relslər üzərinə uzanmış adam... Deyəcək söz tapmıram. Tək kəlimə ilə Mükəmməll. Ted (Dorian) və Faruqun söhbətləri, Əmin və Adriananın, Cekob və Abigeylin sevgisi... Kitabın təsirindən çıxmaq heç də asan olmayacaqmış kimi görünür. Təkrar təkrar rəfdən alıb oxuyacağım, mənə hər dəfə oxuyanda mütləq bir şey qazandıracaq kitablardan. Tövsiyə edirəm. Oxumayanlar mütləq oxumalıdı. Bu kitabdan da qazanılacaq çox şey var.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Düzü mənim müasir yazıçılara qarşı əvvəl bir önyarğım vardı. Ancaq zaman keçdikcə qarşıma elə kitablar çıxır ki, artıq ümidliyəm müasir ədəbiyyatımıza qarşı. Bu səbəblə də kitaba ilk öncə tərəddüt etsəm də ümidlə başladım. Və yanılmadım. Həvəslə oxuyub bitirim. Kitabı bəyəndim hətta bundan sonra Rövşən Abdullaoğlunun digər ktablarını da oxumağa qərar verdim. Əsərdə bir çox mövzuya əlaqəli şəkildə toxunulması həmçinin obrazların ifadə etdiyi fikirləri bəyəndim. Ümumən məncə əsərin əsasında sevginin gücü dayanırdı. Sevginin obrazların həyatını necə dəyişdirdiyini görürük xüsusiylə Adriananın həyatında. Həmçinin müharibənin insanların həyatında yaratdığı faciələr. Əslində məncə müharibə əsərdə sevgiyə qarşı qoyulan sevgisizliyi təmsil edirdi. Kitabda elə hissələr vardı ki bir müddət təsirindən çıxmadım. "Həqiqətən insanlar bu qədər mərhəmətsiz, vicdansız ola bilərmi?" dedim öz-özümə Kitab sevimlilərim arasındadı artıq:)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
Reklam
424 syf.
9/10 puan verdi
·
5 günde okudu
• Və bitdi..Yazıçının yaradıcılığı ilə ilk dəfə "Mən yemeli deyiləm " kitabı ilə tanış olmuşdum,kitabı bəyənmişdim.Sadə dil ,yazdığı cümlələrin axıcılığı insanı tez bir zamanda kitabı bitirməyə sövq edir. Bəzi hissələrində kövrəldiyim, bəzi hissələrində sevgi dolu olduğum,bəzi hissələrində isə sadəcə əsəbləşdiyim bir kitab..Əsərdə yenə müharibə və onun günahsız qurbanlarına da yer verilmişdi.Bəzi hissələr isə mənə "Leyla" əsərini xatırlatdı,onun əsirlikdə qaldığı zaman başına gələnlər .. Həqiqətən yaşadıqları çox çətin anlardır, hansı ki biz onu təsəvvür edəndə oxuyanda belə nə qədər əsəb , nə qədər kövrək ,nə qədər məyus oluruq.. Bu əsərdə bəyəndiyim və bəzi hisslərinin ürəyimin bir tərəfində , yaddaşımın bir yerində qalacağına əminəm..Çünki həqiqətən bəzi hissələr ürəyimin ta dərinliyinə toxundu.. Həm iki insanın bir birinə qarşı hər şeyə rəğmən sevgisi ,həm müharibənin məhv etdiyi həyatlar.. və təssüf ki indiki zamanda belə hələ də müharibələr ara vermədən davam edir və hələ də neçə - neçə ailə dağılıb, neçə günahsız insan qətlə yetirilir, neçə-neçə evə hüzün, bədbəxtlik gətirən müharibələr dayanmır.. neçə-neçə günahsız insanın qanı hələ də tökülməyə davam edir...
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
9/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Salam dostlarHər vaxtınız kitab! Bu gün Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanıyla gəldim. Bu yazıçının oxuduğum 4 cü kitabıdır. Kitab "Readers Favorite" təşkilatçılığla keçirilən müsabiqədə qızıl medala layiq görülüb. Kitabda dramatik,pisixoloji,romantik janrlar öz əksini tapıb.Müharibənin dağıdıcı gücünü
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
407 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Rövşən Abdullaoğlunun artıq 2-ci əsərini oxumuş oldum bu kitabla.Hər ikisində də müəllif insan ürəyinin ən incə tellərinədək nüfuz edir, onu böyük hüzünə qərq edir... Bu kitabda isə mən bir daha bütün dövrlərdə qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Əmin sən isə çoox mükəmməl xarakter idin. Adriananı bu həyatda yalnız sənin ümman, həqiqi sevgin yaşada bilrədi və yaşatdıda.Ən çox təsirləndiyim isə atanın sənin haqda dediyi söz- "Mən onu görmüşdüm, məni yalnız buraxmadığından xəbərim var" deməsi oldu ancaq sən bunu bilmədin... Əsər insanda böyük təsir buraxır, insana insan olduğunu , insanlığı sorğuladır. Amansız müharibənin törətdiyi qırğınların, təcavüzlərin günahsız insanların həyatında açdığı böyük faciələr isə hər zaman müharibənin bu zavallı kütləsi üçün dərin bir travma olaraq qalacaq... Eynilə bizdə olduğu kimi ..
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Spoiler ola bilər! Oxuduqca güldüm, ağladım, güldüm, ağladım. Bir kitab insanı həm ağladıb, həm güldürə bilirsə, oxumağa dəyər deməli.. İntihar etmək qərarına gələn iki gəncin birlikdə ölümü gözlədikləri anlarda dialoqları ilə başlayıb, müxtəlif hadisələrlə davam edən " ləzzətli" kitab. " ŞULUTRUQ " tayfasının sirrini açmaq üçün kitabı oxumağın zövqü bir başqadır. Niyə məhz intihar üsulu olaraq relslər seçilib?! Maraqlı sualdır. Əsərdə bir başqa mövzu isə müharibə və onun yaratdığı fəsadlardır. Hər qəlbə toxuna biləcək, su kimi axıcı dəsti xətti ilə Rövşən Abdullaoğlu qələmi. Oxumağa dəyər, hətta, mütləq oxunmalıdır! Daha çox yazardım, kitabı incələmədən oxumağınızı istəmirəm))
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
Reklam
424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
399 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Həyatın mənasız, ağır yükünə tab gətirə bilməyən iki həmrelsin relslər üzərinə uzanaraq gələn ölüm qatarını gözləməsi ilə başlayar hər şey.. Əsərin hissələri bir-birinə elə əsrarəngiz rabitə ilə bağlanıb ki, insan həqiqətləri öyrəndikcə qəribə hisslər keçirir. Onların qatarı gözlədikləri zaman ərzində dərin, hələdə tam cavabı təsdiqlənməmiş (hər nə təsdiqlənsə də düzgündür demək deyil, daha heç kəs ali həqiqətdən xəbərdar deyil) mövzulara yürütdükləri fəlsəfi fikirlər, toxunduqları həyati məqamlar, real və sarsıdıcı həyat hekayələri.. Hamısı əsəri daha da gözəlləşdirir. Araya girən və əsərin məzmununun böyük hissəsini əhatə edən sevgi hekayəsində də balkanlarda siyasətçilərin serb, xorvat, bosniya millətlərini mənasız və siyasi mövzularla aralarını pozaraq təşkil etdikləri söz üstündə "milli" sonradan din bəhanəsi üstündə qurulan axmaqcasına müharibənin şahidi oluruq. Müsəlmanlara olunan əzablar (xüsusilə də qadınlara), işgəncə düşərgələri, milliyyətcilik şüarları artıq insanlığın öldüyünü göstərir. Və bu kitab mərhəmət və sevgi kimi ülvi hisslərin bütün şərlərə, müharibələrə və çətinliklərə qalib gələ biləcəyini Dünyaya bir daha sübut edir. Qəti şəkildə oxumağınızı tövsiyə edirəm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
·
Puan vermedi
·
5 günde okudu
Bir ümid insanı kölə edir , bir ümiddə yarıcan edir.
Ən son hansı kitabda bu qədər həyəcanlanmışdım? Kitabı böyük "iştaha" ilə oxuyub bitirdim. Bir insanın psixoloji, fəlsəfi , dini , ədəbi fikirləri bu qədərmi dəqiq olar? Obrazların arasındakı söhbətlər, yazıçının fərqli insanların düşüncələrini fərqli fəlsəfi fikirləri bu qədər dəqiqliklə yazması mükəmməldir. Kitabın ilk hissələri biraz əlaqəsiz gələ bilər , lakin sonradan bu mənə daha maraqlı gəlməyə başladı. Sanki puzzle kimi hissələri , obrazlar arasındakı əlaqəni yığmağa çalışırdım. Mütləq oxunmalı olan kitablardan sayıram bu kitabı . Çünki tarixi , psixoloji faktlarla zəngin bir kitabdır.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
·
Puan vermedi
·
Beğendi
Diqqət: kiçik spoiler var. Rövşən Abdullaoğlu yaradıcılığı ilə ilk tanışlığım idi. Bu kitabla tez-tez rastlaşsam da oxumaq nəsib olmamışdı. Üzv olduğum " Dərya Kitab Klubu" sayəsində bu kitabı oxudum. Daha çox Avropa,Amerika ədəbiyyatı oxumağı sevirəm və heç vaxt düşünə bilməzdim ki, milli yazıçılarımızdan hansınınsa əsəri məndə bu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Rövşən Abdullaoğlunun oxuduğum ilk kitabıdır.Həmçinin yaxşıki oxumuşam dediyim kitablardan biridir.Kitabın hər cümləsi insana təsir edir.Özəlliklə Əmin xarakterinin möhtəşəmliyi...Və ən əsası kitab oxuyucuya müharibələrin bir insan həyatına necə toxunduğunu,onu necə məhv etdiyini ciddi mənada başa salır.Oxuyun, oxutdurun.)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,011 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.