Well, well, well.
Kitab haqqında hisslərim bir az qarışıqdır. Əlbəttə yenə eyni Murakami qələmi ilə rastlaşdıq. Bir-birindən seçilən, hər birinin özünə məxsusluğu olan yeni obrazlar. Hətta deyərdim ki, qismən fərqli storyline bu kitabda bizi qarşıladı. Yenə mistik şəkildə yoxa çıxmalar, vecsizlik, ölümü düşünmək və arzulamaq, yenə depresiv amma eyni zamanda araşdırmacı bir Murakami əsəri.
Nə yazım, necə yazım ki, kitab haqda heç bir spoiler verməyim, bilmirəm. Yenə yuxu ilə reallığı bir-birindən ayıra bilmədiyimiz bir əsərlə qarşı-qarşıyayıq.
Bu dəfə isə daha açıq sonluqla bitirir. Sonluq səndən asılıdır, əsəri istədiyin kimi bitirə bilərsən. Düzdür bu bir qədər də cansıxıcı və qıcılandırıcı haldır. Çünki son 30 səhifəni mən cavabı tapacağım ümidi ilə oxumuşdum.
Sizə xoş mütaliələr!
Əgər daha başqa rəylər də oxumaq istəsəz sizi- @murmursstories (instagram) gözləyirəm! -)