Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Robinzon Kruzo

Daniel Defoe

Sözler ve Alıntılar

Tümünü Gör
"Allahmı güclüdür, şeytanmı?" - deyə soruşdu. Mən cavabında: "Allah güclüdür, biz Allaha dua edirik ki, şeytana qalib gəlsin və onun bizi yoldan çıxarmasına imkan verməsin". Cümə etiraz edib dedi: "İndi ki Allah belə güclüdür, bəs nə üçün şeytanı öldürmür ki, bir də şər işlər görməsin?" Mən Cümənin bu sualı qarşısında, doğrusu, özümü itirdim. Qiyamət günü haqqında olan söhbətlərimə də onu axıra qədər inandıra bilmədim. Amma bir Allah bilir ki, mən onunla bütün söhbətlərimdə çox səmimi idim. Mən müxtəlif şeyləri ona başa salmağa çalışanda çox düşünürdüm və özüm də öyrənirdim. Cümə ilə bu söhbətlərim məni o qədər məşğul edirdi və vaxtımız elə xoş keçirdi ki, üç ilin necə keçdiyini hiss etmədim. Cümə yaxşı bir xristian olmuşdu. Biz birlikdə Allahın müqəddəs kitabını oxuyurduq..
Sayfa 92 - Altun kitab nəşriyyatıKitabı okudu
Reklam
Təbiət, təcrübə mənə bir şeyi anlatmışdı: bu dünyanın nemətləri bizim tələblərimizi ödəyə bildiyi qədər qiymətlidir..
Sayfa 53 - Altun kitab nəşriyyatıKitabı okudu
Yaxşılığa yaxşılıqla cavab vermək insandakı nəcib sifətlərin sırasına daxil deyildir və adamlar çox zaman öz verdikləri vədi nəzərə almır, əksinə, paxıllıq hissini nəzərə alıb hərəkət edirlər.
Reklam
Əgər öz vəziyyətimizi nəzərdən keçirib qiymətləndirəndə, şikayətlərimizi doğrultmaq üçün biz öz halımızı daha pis şərait və vəziyyətlərlə müqayisə etsək, biz öz taleyimizdən çox az şikayətlənər və ona daha çox minnətdar olub şükür edərik.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.