Rübailər Gönderileri

Rübailər kitaplarını, Rübailər sözleri ve alıntılarını, Rübailər yazarlarını, Rübailər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Firqət yuxusundan ayılıb səhər, Bülbül ayrılıqdan hey nalə çəkər, Deyər: “İnsaf elə, amandır, fəraq, Yanır atəşinlə xəstə ürəklər!"
Sayfa 129
Şahın qoşununu filin dağıdar, Vəzirin min qeysər, min xaqan yıxar. Mən sənin rüxünə qurban olum ki, Şahları o, atdan düşürüb salar.
Sayfa 136
Reklam
Qəmlə dost elədi camalın məni, Qızıl tək saraltdı xəyalın məni. Səninlə içərəm şərabı ancaq, Əbədi məst edər vüsalın məni.
Sayfa 106
Aşiqlər evinin dərvazəsi, bil, Olmuş çoxdan bəri bizim bu mənzil. Məhsulumuz qəmdir, bihuşuq müdam, Şadlıq bu xanənin qonağı deyil.
Sayfa 97
Sən yada düşəndə ürəyim yanır, Qanlı göz yaşıyla üzüm islanır. Ətrin məst etdikcə hər yandan məni Səbrimin köynəyi hey parçalanır.
Sayfa 125
Xərabatdan çıxan bir ay ucaldı, Fələyin damında bir çadır saldı. Qəflətən ucaldı Hatifdən bir səs: “Bu dünya bir saman çöpünə dəyməz!”
Sayfa 103
Reklam
48 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.