Sadəcə Özün Ol

Osho

Sözler ve Alıntılar

Tümünü Gör
Sadəcə Özün Ol
-Təbii olaraq əgər sən başqaları tərəfindən qoyulmuş qayda və qanunlara əməl etsən, hörmət və şərəfə layiq olarsan. -Əgər ikiüzlü olmağı bacarsan, cəmiyyətin ən hörmətli vətəndaşlarından olarsan. -Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. "Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola."
Sayfa 8 - AlataronKitabı okuyacak
Bu bəxtsiz yür üzündə, demək olar ki, hamı özünə nifrət edir, hamı özünü lənətləyir. Özünü lənətləyən insanı necə sevə bilərsən axı? Sənə inanmayacaq. O heç özünü sevə bilmir: buna sən necə cəsarət edə bilərsən? Bu işdə oyun, hiylə olduğunu fikirləşəcək. Çalışacaq ki, çox diqqətli və ayıq olsun və onun şübhəsi sənin varlığını zəhərləyəcək.
Reklam
Şüurumuz dayaz, şüuraltımız elə dərindir ki... Bütün hərəkətlərimiz şüuraltından gəlir - qərarlarımız isə şüurumuzdan. Ona görə də düşündüklərimizlə etdiklərimiz heç vaxt eyni anda baş vermir. Bir şeyi deyirsən, ancaq başqa bir şey edirsən, çünki sənin içində böyük bir bölünmə var.
Çox nadir insanlar cəmiyyətin pəncəsindən xilas ola bilər.Qırx ildə bir dəfə biri cəmiyyət tərəfindən zəhərlənmədən canını qurtara bilər.
Çoxdan dost olan üç cərrah tətildə görüşüblər.Qumda,günəşin altında oturanda lovğalanmağa başlayıblar və biri belə deyib:"Yanıma müharibədə iki ayağını da itirmiş birini gətirdilər Ona süni ayaqlar taxdım.İndi dünyadakı ən yaxşı atletlərdən biridir.Güman edilir ki, gələn Olimpiya oyunlarında qalib olacaq". O biri:"Bu nədir ki?!"- dedi-. "Keçən dəfə yanıma otuzuncu mərtəbədən yıxılmış qadın gətirdilər.Plastik əməliyyat həyata keçirdim.Elə dünən qəzetdə oxudum ki,dünya gözəli seçilib". Üçüncü isə təvazökar insanmış.Digər iki cərrah ona baxıb "Bəs sən axır vaxtlarda nə etmisən?"-deyə soruşdular. "Elə də bir şey yoxdur-dedi.Onsuz da bu haqda nəsə demək qadağandır". Həmkarlarını maraq götürüb ona "Biz dostuq,sirrini saxlayarıq"- deyiblər. "Yaxşı siz deyən olsun.Mənim yanıma da bir xəstə gətirdilər,adamın başı avtomobil qəzasında qopmuşdu.Bilmədim nə edim.Fikirləşmək üçün bağçaya çıxdım və bu vaxt gözümə bir kələm sataşdı.Başqa əlacım olmadığından kələmi adamın başının yerinə qoydum.Nə oldu,bilirsiniz? O,Hindistanın baş naziri oldu".
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.