Yuxular qəribədir.Əlin çata bilmədiyi adamların həsrət qoxan səslərini eşitmək,heç gözlərinə baxmadığın birinin gözlərindən nəyisə oxumaq.Amma əfsus yuxuda da zaman bizdən əl çəkmir.Orda da bitir...Dünən yuxuda Vaqif Səmədoğlunu görmüşdüm.Hətta keçən il Səməd Vurğunu və Bəxtiyar Vahabzadəni də.Qəribədir,sanki hər üçünün üzündə kədər var idi.( məncə dünyanı ifadə edəcək ən doğru söz elə qəribə sözüdür, çünki tam anlamıyla bu sözü izah edən yoxdu.Elə dünya kimi, biz kimi)
Ən xoşbəxt anında yuxu bitdi.Onu şəhərdə kimsə tanımır.Və yaxınlaşıb:
-Siz Vaqif Səmədoğlusuz- deyə soruşuram.Gözlərindəki sevinclə bəli deyir.Məni öz otağına aparır.Və bu an yuxu bitir, ayılıram...
Lənət nəyə deyim? Yuxudan oyadan saatamı? Yoxsa...
Bu şeir kitabında o qədər ruha toxunur ki,şair. RUHA...Cismə toxunmağa nə var ki.Bəs ruha toxunmağı bacarmaq asandımı?!
Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni,
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni... - deyə yazır Vaqif Səmədoğlu.
Mənim müəllimim Vaqif Səmədoğlunu heç sevmirdi, şeirlərini ədəbiyyatdan kənar adlandırırdı.Çünki o anlamırdı.Mən isə sənin şeirlərini( yəni səni) şagirdlərimə əzbərlətməyəcəm,hiss etdirəcəyəm.Və bu ömrümün sonunadək davam edəcək.Mən unudulacam, sən isə daima yaşayacaqsan, Vaqif Səmədoğlu!