Kitaba müəyyən hissəsini oxuduqdan sonra heyran ola bilərsiniz. Amma davam etdikcə bu heyranlıq şübhə ilə nəticələnəcək. Əgər tarixdən məlumatınız varsa, müəyyən yerlərdə faktları dəyişdirərək öz siyasi görüşünü yeritdiyini görəcəksiniz. Məsələn 1918-ci ildə bəhs edərkən Kürdistan deyə yazır. Sonra isə Sovet dövlətinin sakit formada getdiyini, Qızıl ordunun istənilən xalqı susdura biləcəyini amma susdurmadığını deyir. Halbuki 1990-ci il Bakıda törədilən 20 yanvar qətliamı Qızıl ordu tərəfindən həyata keçirilmişdir. Bu hadisə təkcə Bakıda yox bir neçə MDB ölkələrində də olmuşdur. Kitab obyektiv yazılmış kitab deyil. Məlumatı olmayan insanlar kitabı sevə bilər. Din haqqında danışdıqda isə heç bir fakta söykənməyən fərziyyələr yeridir.