Qorxu... Sizə necə hiss etdirir?
..qoy mən deyim.
Sanki başımın üstündə bir nəfər var, anidən əlini qaldırıb mənə vuracağı yerdə əli havada qalıb, zaman o an donub. Görəsən, nə vaxtsa vuracaqmı? Vurmayacaqmı?
Bax belə. Başımdakı qorxu hissinin əli havadadır, mən isə illərdir o ələ tamaşa edirəm.