Əsarət (Esaret)

Rövşen Abdullaoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
350 syf.
8/10 puan verdi
·
3 günde okudu
Yazıçı əvvəl ümumi izahat verdikdən sonra tarixdə geri dönərək bütün inancların kökündən analizinə başlayır, mövzuya aid bütün anlayışları da ətraflı izah edib real nümunələrdən misal gətirərək davam edir. Orta əsrlərdə yaşamış zahid şəxsiyyətlərdən sitatlar gətirməsi də kitaba əlavə aydınlıq və maraq qatır. Bir insanın öz inancını seçməsinə kömək etmək üçün ideal kitabdır. Mənə böyük yardımı dəydi, sizə də dəyər deyə düşünürəm. Bir hissədə də oxucuya xitabən deyir: "Yaradan haqqında həqiqətə çatmaq istəyirsənsə, yalnız özünü kənar (psixoloji) təsirlərdən azad etdikdən sonra bu kitabı mütaliə etməlisən. Əks halda gələcəyimiz qənaət məhkəmədən əvvəl çıxarılan hökmə bənzəyə bilər." Və yaxud sonda da yazıldığı kimi: "Daxili və xarici təsirlərin altında doğru yolu seçmək dəmirçi emalatxanasında oturub kamança çalan birini dinləməyə bənzəyir, çətin ki, qulağa xoş gələn nəsə eşidə biləsən." Şübhəsiz, özü ilə dürüst olan kəs beynindəki dəmirçi çəkicini susdurub kamançanın səsini duya biləcək. Bu yolda hamıya uğurlar:)
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0121 okunma
Reklam
350 syf.
8/10 puan verdi
·
Beğendi
Dünyagörüşü seçimimiz,yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir?Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq?Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş,beyni əsarətdə olan biridir.Bu əsarətdən qurtulmaq üçün ilk addım -kölə olduğunun fərqinə varmaqdır.Yalnız bundan sonra düşüncələrimizdə,istəklərimizdə,seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik...
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0121 okunma
350 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Tanrı var mı? Biz Tanrıya inanırıq? Təbii ki, yaşadığımız ölkədə əksəriyyətimiz tək Allaha inanırıq və müsəlmanıq. Bəs bu dini biz necə qəbul etmişik? Bu din bizə ailədən gəlib, doğularkən müsəlman kimi doğuluruq və bu dinin bəzi göstərişlərinə uyğun həyatımıza davam edirik. Bəs bu göstərişlərə nəyə görə uyğunlaşırıq? Ailəmizin istəyinə, yoxsa cəmiyyətin istəyinə görə? Tanrıya inanmayanlar və ya digər dinlərin nümayəndələri öz dinlərini necə qəbul edirlər və ya necə olur ki inkar edirlər? Kitabda bu sualların cavablarını tapmaq mümkündür. Amma gəlin dindən uzaq olmanın bəzi səbəblərini sadalayaq: məlumatsızlıq, dindarların dini yanlış təbliğ etməsi, kortəbii inanc, ziyalı və elit təbəqənin təsiri, kilsənin istismarı və s. bir çox səbəb sadalaya bilərik. Bu kitabdakı ən əsas məsələ isə budur: Biz dini öz ağlımız və qəlbimizlə qəbul edə bilirik mi? Elə əsas məsələdə budur
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0121 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.