Şəbi-Hicran

Əlabbas

Şəbi-Hicran Sözleri ve Alıntıları

Şəbi-Hicran sözleri ve alıntılarını, Şəbi-Hicran kitap alıntılarını, Şəbi-Hicran en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Deyirdin bəs o səstək dumanlı dərələrə, yal-yamaca yayılmır, çəkilib tutqun, boz-bulanıq göylərə gedir, əriyib sona, sonsuzluğa qovuşur. Ona görə də kəsilmir, yox olmur, sanki yenidən qayıdır...
Sən ümidli ol, möcüzə baş verəcək, o da gəlib mütləq bizim qismətimizə çıxacaq...
Reklam
Qayda vardı, qanun vardı, niyə sonra diligödək, başıaşağı olaydılar? Neçə gün idi yığışırdılar, ağı deyib ağlaşırdılar, amma dağılışmırdılar. Çoxdan idi burada, insan həniri hələ də kəsilməyən bu balaca aulda hamı qəbilə halında yaşayır, özlərilə birfə minillik adət-ənənəni də yaşadır, hələ üstəlik yeri gələndə bu cavabdehlikdən bir məmnunluq da duyurdular...
Hərdən eşitdirən də olur ki, deyəsən, qocalıram, bu yaşda da diş tökülər? Tökülər, deyirəm, niyə tökülmür, indi hər şey kimi dişlərin də ömrü qısalıb. Vaxt var idi, adamlar yüz iyirmi, yüz otuz il ömür sürürdülər, zaman gələcək, yetmiş il yaşayana qəhrəman kimi baxacaqlar...
Sayfa 204Kitabı okudu
Bir müqəddəs ocağını ziyarət eləmədim, İlahi, eləyə bilmədim, keç günahımdan! Mənim Məkkəm də, Mədinəm də Səid gələn gün qədəmi torpağa dəyən ilk yer olacaq. Gecə-gündüz şükür duası qılacam, ziyarətgah oranı eləyəcəm, pirə, ocağa oranı döndərəcəm.... Sənə sığınmışam, ya RəsulAllah!
Bircə ona hayıfsılanıram ki, sən demə, tək dava-dərmanın yox, hiss və duyğuların da etibarlılıq müddətinin sona çatan vaxtı varmış...
Sayfa 134Kitabı okudu
Reklam
Belə ki, görürəm, gəlməyimi gözləməyiniz artıqdandı. Burda heç nə adamın özündən asılı olmur. Bataalıqda necədi, burda da elə, tərpəndikcə bir az da dərinə gedirsən
Sayfa 129Kitabı okudu
Şübhələr yəqinliklə əvəz olunana qədər, lap dəqiqi, kilidə salınmış açar kimi yerində tam bir dəfə burulmaqla sanki o dünyaya dəyib-qayıtdı.
O gecə ac-acına, dan üzü elə dəmir skamyanın üstəcə, başını soyuq divara söykəyib gözünün acısını almaq istəməyin axırı xof içində ayılmaqla bitdi. Durdu ki, buz kimi tərin içindədir. "Yazıq yetim, ayın da qaradır, günün də". Bu səs idi onu yatmağa qoymayan, babasının səsi. Qəlbisınıq böyüməsin deyə, qoca ömrü uzunu yetim sözünü dilə gətirməyi şəninə sığışdırmasa da, görünür, bu da yaşla bağlı idi, taledən şikayət məqamı yetişəndə nə var, tərsinə olurdu...
Radio-televiziya iş gücünü buraxıb gecə-gündüz yalnız bundan danışır. Nə qədər adam qəzada ölüb, nə qədərini öldürüblər, kim kimin başını kəsib, oğul atanı necə bıçaqlayıb, gəlin qayınananı hansı şəraitdə boğub... Hansını deyim?...
Sayfa 125Kitabı okudu
Reklam
Bu sevgiyə olsa-olsa insanın insanı bu qədər istəyə bilməsi mane ola bilər. Çünki belə sevgilər nadir hallarda olur. Başdan-binadan qorxduğum yeganə şey bircə bu olub...
Hər şeyin bulaq kimi çağladığı o iyirmi bir yaşda onu güman etmək kimin ağlına gələrdi ki, yazı deyilən bir şey də var...
Qızılı payızın qupquru, gözəl-göyçək günlərini qoyub, gör nə vaxt ölümlə salam-sabah elədi? O vaxt ki, Arvanada dərd ölünün yox, dirinin dərdiydi.
Yoxsulluğun acı nəfəsi onun gözəlliyini özü də hiss etmədən çiçək kimi soldurmuşdu...
Moizəxan isə səmadan sonsuz səxavətlə ələnən qarda, sanki uca göylərin sahibini köməyə çağırmaq üçün hansısa müqəddəs bir ayini icra edirmiş kimi gah gözlərini yummaqla əllərini və üzünü yuxarı qaldırır, gah salavat çevirir, arada yenidən ətrafdakılara göz qoya-qoya ucadan nəsə deyib səsini təkrar qısaraq ehmalca pıçıltıya keçir, yalnız "Fatihə" verməyə tələsmirdi
19 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.