Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Cəza

Elxan Elatlı

Seçilmiş Cəza Sözleri ve Alıntıları

Seçilmiş Cəza sözleri ve alıntılarını, Seçilmiş Cəza kitap alıntılarını, Seçilmiş Cəza en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bu ölkədə aşağıdan tutmuş yuxarıyadək, bütün peşə və sənətlərdə heç kəs özündən yüksəyini görmək istəmirdi. Hamı birincilik iddiasında idi...
Həyat çox mürəkkəbdir və insan həyatın özündən də qəliz məxluqdur.
Reklam
Pozulmuş ədalət heç vaxt bərpa olunmur .
Bu cəza seçilmiş cəzadır. Cinayətkar özü öz cəzasını seçdi və mən də onun seçimiylə razılaşdım.
Sayfa 254Kitabı okudu
İncidilmiş insan üçün hamının ona acıması çox ağırdır...
Reklam
Yalnız həbsxanaya düşənlər azadlığın nə olduğunu anlaya bilərdilər... Yalnız ora düşənlər etiraf edərdilər ki, dünyada ən şirin şey nə pul, nə var-dövlət, hətta can sağlığı deyil, azadlıqdır.
Kiminsə ədalətli iş hesab etdiyini başqası ən böyük ədalətsizlik hesab edir.
Həyat çox mürəkkəbdir və insan həyatın özündən də qəliz məxluqdur.
Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiz? Qollu tərəzi. Amma bu mənə indi gülünc görünür. Bəlkə də, xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər?
Reklam
Əslində, güzgü adlanan bu cansız əşyaya inanmamaq da olardı. Qadın üçün ən keyfiyyətli güzgü əks cinsin gözləri olmalıydı. Əsas da ərinin.
Ancaq,əslində,güzgü adlanan bu cansız əşyaya inanmamaq da olardı.Qadın üçün ən keyfiyyətli güzgü əks cinsin gözləri olmalıydı.Əsas da ərinin.
İnsanlar getdikcə vəhşiləşmir. Yırtıcılıq əvvəldən onun qanındadır. Axırımızın necə olacağını deyə bilmərəm. Amma son illər insanların aqressivləşməsinin səbəbi aydındır. Hamının əsəb sistemi xarab olub. Texnika inkişaf etdikcə mənəviyyat ölür.Bir də ki, biz yetmiş il sosialist ölkəsində yaşayandan sonra kapitalizmə keçmişik. Bu xırda məsələ deyil. Daha sonra narkomaniya, spirtli içkilər...Maddi problemlər,mənəviyyatdakı boşluqlar da bir yandan...Heç kǝsə söz demək olmur.Cavanlar ən adi mübahisənin üstündə bıçağa əl atırlar...
Biz heç bir pis şeyi Avropadan götürmürük. Onların hamısı öz içimizdədir. Avropa onları, sadəcə, üzə çıxarmağa kömək edir.
Sayfa 202Kitabı okudu
İnsanlara verilən cəza günahın dərəcəsinə uyğun olmalıydı. Ondan nə aşağı, nə də yuxarı olmamalıydı.
87 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.