Seçilmiş Eserleri

Anar Rzayev

Oldest Seçilmiş Eserleri Quotes

You can find Oldest Seçilmiş Eserleri quotes, oldest Seçilmiş Eserleri book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Hər hansı bir ətiri, ən nadir tapılan ətirləri belə almaq olar, - deyərdi Təhminə. - Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-biriylə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm".
Təhminə və ZaurKitabı okudu
Vaxt cədvəli, adamların yatıb-durma məqamları bütün dünyada təqribən eyni cürdür və cədvəlin hökmü insanların icad etdikləri, maşınların, mexanizmlərin, alətlərin səsləriylə bərbər təbiəti möhtəşəm xilqəti - okeanın da səsini qısmışdı elə bil!
Sayfa 143Kitabı okudu
Reklam
...sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
Sayfa 148 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
“Əlvida! Sağ ol! Hələlik! Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib isə üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar.
Sayfa 160 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən - belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Sayfa 149 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Ruhsuz!!!
Zaurik , gör bir nə qədər sadədir və gözəldir: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə? Zaur: Bakıda mümkün deyil bu, - deyirdi, - küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək. – Eh, ruhun yoxdur sənin.
Reklam
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanı özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" O demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədə-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür-hara gedirsən get-nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Dünyada bir həqiqət, yalnız bircə həqiqət var - qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur.
Sayfa 192Kitabı okudu
..insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün başqa zahiri şeylərin əhəmiyyəti yoxdur.
Sayfa 199Kitabı okudu
93 öğeden 61 ile 70 arasındakiler gösteriliyor.