Seçilmiş Eserleri

Anar Rzayev

En Yeni Seçilmiş Eserleri Sözleri ve Alıntıları

En Yeni Seçilmiş Eserleri sözleri ve alıntılarını, en yeni Seçilmiş Eserleri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
- bu işdə bir məna görmürəm. - hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı .
Üç obrazı əsas götürmüşdülər. Pəncərə, qapı, güzgü, məcazi məna da, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güz- gülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mən- zərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgű. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gör düyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarımı çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam, bir qədər susub güldü və əlavə etdi: - Əlbəttə, o demək deyil ki, mən çantamda güzgü gəzdirmirəm
Sayfa 135 - TəhminəKitabı okudu
Reklam
Kitab biliyin anasıdır. Kitabsız indi bir addım atmaq olmaz...
-Doğrudan da, Zaurik, səni mənə versəydilər, Allaha da xoş gələrdi,- deyirdi, amma nə olsun ki, verməyəcəklər səni mənə, dünyasında verməzlər, bilirəm axı... Papirosum yana-yana, Od düşüb şirin cana. Vallah, qoyub gedərəm, ay gülüm, Qalarsan yana-yana...
Sayfa 247Kitabı okudu
İnsana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilirlər .
Sayfa 235Kitabı okudu
...əzizim, birdəfəlik başa düş axır, sevirəm səni, sevirəm Yalnız tək bir səni sevirəm... Bilirəm mənim deyilsən. Sənə heç bir hüququm çatmır, sənin cavan həyatını dağıtmağa da heç bir haqqım yoxdur... bilirəm bütün bunları... Amma sənsiz dura dal bilmirəm. Bütün bu günlər dəli-divanə idim səninçün.
Sayfa 232Kitabı okudu
Reklam
...insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur-kim nə bilim nə dedi, nə fikirləşdi.
Sayfa 199 - TəhminəKitabı okudu
..... dünyada bir həqiqət, bircə həqiqət var - qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah
Sayfa 192Kitabı okudu
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsen get, lap dünyanın o başına; bu etibarli yükdür - hara gedirsen get -ne itecek ,nə batacaq nə azalacaq , nə artacaq...
Sayfa 150Kitabı okudu
Adamın ağlına nə qəribə fikirlər gəlir. Fantastika! Halbuki ən böyük fantastika elə real gerçəklikdir.
Sayfa 144Kitabı okudu
Reklam
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün-beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər.
Sayfa 30 - Ağ Liman (povest)Kitabı yarım bıraktı
Yəqin insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar.
Sayfa 319Kitabı okudu
Axı səadət yalnız tək bir xoşbəxt an deyil ki... Səadət həm də dəhşətli qorxu anlardır, həmin bu səadəti itirmək qorxusundan müc olub qaldığın dəqiqələr..
Sayfa 284Kitabı okudu
93 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.