Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Anar Rzayev

Öne Çıkan Seçilmiş Eserleri Gönderileri

Öne Çıkan Seçilmiş Eserleri kitaplarını, öne çıkan Seçilmiş Eserleri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Eserleri yazarlarını, öne çıkan Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi pirano bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub.
..gör bir nə qədər sadədir və gözəldir: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?
Sayfa 246Kitabı okudu
Reklam
...bax əsil məhəbbət bu olardı - məişətin, gündəlik həyatın hər cür xırda-para qayğılarından, əzab-əziyyətlərindən, çirkindən, hisindən-pasından keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət doğruçu məhəbbətdir, yoxsa ki, elə-belə "quru-quru qurbanın olumun" nə qiyməti var?
Sayfa 243Kitabı okudu
Zaur bir də çevrilib Təhminənin qapısına baxdı, qapı yarıaçıq idi. Pilləkənləri düşməyə başladı, bilirdi ki, ömründə bir daha heç vaxt bu pilləkənlərlə qalxmalı olmayacaq. Amma bilmirdi ki....
Təhminə və ZaurKitabı okudu
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə, Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.
Təhminə və ZaurKitabı okudu
"Hər hansı bir ətiri, ən nadir tapılan ətirləri belə almaq olar, - deyərdi Təhminə. - Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-biriylə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm".
Təhminə və ZaurKitabı okudu
Reklam
Elə tutuquşu kimi bir- iki söz əzbərləyib, üç- dörd kitab oxuyurlar, elə bilirlər dünyada bunlardan alim adam yoxdur.
Sayfa 124Kitabı okudu
Səssiz gedişlər isə daha pisdi...
Əlvida. Sağ ol. Hələlik". Vida sözlərinin heç bir fərqi yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar...
Sayfa 160 - Beşmərtəbəli evin altıncı mərtəbəsiKitabı okudu
Məhrəm qoyub önərmə sinəmdə qanlı dağı, Söndürmə öz əlinlə yandırdığın çırağı.
Təhminə və ZaurKitabı okudu
..dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
95 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.