Seçilmiş Əsərləri 2.Cild

Mirzə İbrahimov

Yorumlar ve İncelemeler

Tümünü Gör
520 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Azadlıq hərəkatının döyünən ürəyi Firudun
Bu əsərlə tanışlığım 9-cu sinifdə olub . Kəndli- mülkədar münasibətlərindən bəhs edən bir əsər hesab edirdim . Ta ki indiki vaxta oxuyanda bu zəmin altında çatdırılan acı reallıqları bildikdən sonra fikirlərim alt- üst oldu . Mübaliğəsiz deyə bilərəm ki ,bu əsər " Səfillər " əsərini anımsadır . Qayğısız insan taleləri ,azadlıq üçün
Seçilmiş Əsərləri 2.Cild
Seçilmiş Əsərləri 2.CildMirzə İbrahimov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200571 okunma
Reklam
518 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 günde okudu
İkinci dünya müharibəsi ərəfəsində İranda yaranmış azadlıq hərəkatından bəhs edən bu əsərdə Fridunun, Musa dayı və onun ailəsinin , Sərxan, Fəridə, Südabə,Kürd Əhməd kimi azadlıq mücahidlərinin keçdiyi ağır, əzablı yolların şahidi oluruq. Şah üsul idarəsi dövründə İranın tərkibində olan Cənubi Azərbaycanlıların keçirdiyi ağır günlər hər bir təfsilatı ilə qələmə alındığı əsəri oxuyarkən o hissləri onlarla bərabər yaşayırıq.Kəndlilərin ağır güzəranı, fars olmayan insanların daim təhqir olunması, yuxarı təbəqənin almanlara, ingilislərə satqınlığı və s.gözlərimiz önündə canlanır.Əsəri oxuduqca Cənubi Azərbaycanlı soydaşlarımızın çəkdiyi acıları bir daha dərindən hiss etdim.Minlərlə Musa dayı kimilərin həqiqətən yaşamış olması, əsər boyu oxuduqlarımızın ,bəlkə də daha artığının həqiqətən yaşanmış olması ... "Gələcək gün " romanı Vətənimizin keçdiyi ağrılı yolları bir daha gözlərimdə canlandırdı. Hər bir Azərbaycanlının oxumalı olduğu əsərdir , fikrimcə.
Gələcək Gün
Gələcək GünMirzə İbrahimov · Maarif Nəşriyyatı · 198371 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.