Seçilmiş Eserleri

Nüsret Kesemenli

Öne Çıkan Seçilmiş Eserleri Gönderileri

Öne Çıkan Seçilmiş Eserleri kitaplarını, öne çıkan Seçilmiş Eserleri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Eserleri yazarlarını, öne çıkan Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən, səsin də yad olsun barı.
Sənə güvəndiyim dağlar, Sənə də qar yağarmış...
Reklam
Mən səni unuda bilmirəm, axı, Unutsam, nələri unudam gərək, ... Yuxuma gəlirsən mənim hər gecə, Ayları, illəri unudam gərək..
Sayfa 100
256 syf.
9/10 puan verdi
·
17 günde okudu
Bizim evdə biri vardı, biri yox..
"Şeirsiz olmaz!" deyib oxuduğum hər kitab siyahısına bir şeir kitabı əlavə etməyi adət halına gətirmişəm artıq. Bir xeyli Türk ədəbiyyatından oxuduqdan sonra yenidən Azərbaycan ədəbiyyatına qayıtmağı qərara aldım.
Nüsret Kesemenli
Nüsret Kesemenli
hələ uşaq yaşlarımdan qələminə heyran qaldığım şairlərdəndir. Şeirlərinin əksəriyyətinə musiqilər bəstələnmiş və dilimizdə zümzümə halındadır. Bu da onun qələminin axıcı bir dili olduğuna dəlalət edir. Kitabı oxuyarkən alıntılarımın bəzisinin yorumuna musiqi linklərini də əlavə etmişəm. Keyiflə dinləyin:) İstər sevgidən, istər Vətənə olan məhəbbətindən, istərsə də ailəsi və övladlarından bəhs edən şeirlərində şairin qələminin ustalığına şahid oluruq. Böyük zövqlə oxudum və şeirsevərlərə də oxumağı məsləhət bilirəm.. Nüsrət Kəsəmənli haqqında çox şey yazmaq olar ancaq, onları internetdən də oxumaq olar. Mən sadəcə kitab haqqında fikirlərimi yazmaq istədim. "Oğru olmaq istəyirəm" şeirində şair qayğısız, kədərsiz, ədalətli bir dünyaya işarə edir. "Biri vardı, Biri yox" şeirində; 'Atalıydı analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox" deyərkən, ürəyim bir cızz etdi. Bu şeiri hər dinləyəndə, oxuyanda kövrəlirəm. Daha çox yazaraq vaxtınızı almaq istəmirəm. Oxuyun, feyz alın...
Seçilmiş Eserleri
Seçilmiş EserleriNüsret Kesemenli · Şərq-Qərb · 2004114 okunma
Mən belə bir ömrü istəməmişdim..
Qarışqa yükü qədər sevincim, Dərddən böyük kədərim, Zamanın qadağa zənciriylə Qandallı əllərim. İçim yaşadığım dünyadan böyük, Və bu dünyada sarmaşıqlar üçün Dikələn ağaclardan biriyəm. Özümə gərək ola bilmədim Bəs, onda kimə gərəyəm? Xatamı eyləyib dünyaya gəldim, Gəldim...yaşadım...öldüm...Nə olar!... Yaxşıdan çox pisi gördüm. Suya düşmüş pambıq kimi Su çəkib ağırlaşdı dərdim. Bəlkə də dünyaya bir anlıq baxmağa gəlmişdim, Kiminsə tələsinə ilişdim. Allahım, axı, mən Belə bir həyatı İstəməmişdim...
Sayfa 214
Getdin... Bu gedişdən nə düşdü mənə? Neçə lal hıçqırıq gözlərimdədir. İlk sözü dodağın demişdi mənə, Son sözü yaşaran gözlərin dedi.
Reklam
524 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.