Seçilmiş Eserleri

·
Okunma
·
Beğeni
·
666
Gösterim
Adı:
Seçilmiş Eserleri
Baskı tarihi:
2004
Sayfa sayısı:
320
Format:
Karton kapak
ISBN:
9952416112
Kitabın türü:
Orijinal adı:
Seçilmiş Əsərləri
Dil:
Azerice
Ülke:
Türkiye
Yayınevi:
Öndər Nəşriyyat
Çağdaş Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, əsrin Şərq və dünya şeiri prosesi məcrasında milli poeziyamızı ləyaqətlə təmsil edən xalq şairi Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı poemalar toplanmışdır
328 syf.
·220 günde·Beğendi·10/10
Bəxtiyar Vahabzadə yaradıcılığı ilə məktəb illərindən tanışam. Bu kitabı 4cü dəfədir ki, oxuyuram. Doğma yurdumun ən sevdiyim yazarıdır. Şeirlərində bir kainat gizlidir sanki... O qədər içdən, o qədər dobra, o qədər həyatdandır ki yazdıqları, insan unutmamaq üçün bir daha, bir daha, təkrarən oxumaq istəyir. Ən azından mənimlə belə olur.

Bəxtiyar Vahabzadə yaradıcılığı ilə hələ də tanış olma şərəfinə sahib olmayanlar, mütləq tanışlıq üçün tələsin.

Ən sevdiyim şeirindən bir parça:

Səhvlərim- Dost danlağı,
Yad töhməti.
Səhvlərim! Siz mənsiniz,
Mən də sizəm!
Mən səhvimdə səhvsizəm!
Dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadə.
Dramaturq, ədəbiyyatşünas.

1925-ci il 16 avqustda Şəki şəhərində anadan olub.

2009 - cu il 13 fevralda dünyasını dəyişib.

Demək olar ki, hər mövzuda şeir yazıb.

Təklik
Allah
Hara gedir sabahımız?!
Özümdən narazıyam
Gecələr pənah yerim
Səadət nədir?
Ümid
Qürub düşüncələri

Bu şeirləri daha dərindir.

"Gecələr* şeiri
https://youtu.be/WE2rexwhXrs

"Təklik" şeiri
https://youtu.be/jdrFZ14Y3CY

"Qürub düşüncələri"
https://youtu.be/24moSg21VYE

"Allah" şeiri
https://youtu.be/OO2uOaYboXE

"Hara gedir sabahımız" şeiri
https://youtu.be/7f7b_nqe0uw
Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".
...
İyirminci yüzilin əvvəllərindən,
"Türkəm" - deyənlərin başı nə çəkmiş?!
Bu nədən belədir düşünməyənlər
Bir düşmən kəsildi düşünənlərə?..
Sual yerindədir.
Cavabı: Qorxu!
Boş başlar şübhəylə, qorxuyla dolu!
Nədir bu əyləncələr? –
Dərk edə bilmirəm mən.
Adamlar usanıbmı
Dərin düşüncələrdən?..
Deyirlər, Amerikada
Alimlər baş sındırıb
İnsan üçün cürbəcür
Kokainlər,
Tiryəklər,
Əyləncələr düşünür.
Neçin?
İnsan fikirdən.
Qayğıdan,
Düşüncədən
Bir az ayrılsın deyə.
Bu dünyadan üzülüb
Özünə dalsın deyə...
Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan.
Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?

Kitabın basım bilgileri

Adı:
Seçilmiş Eserleri
Baskı tarihi:
2004
Sayfa sayısı:
320
Format:
Karton kapak
ISBN:
9952416112
Kitabın türü:
Orijinal adı:
Seçilmiş Əsərləri
Dil:
Azerice
Ülke:
Türkiye
Yayınevi:
Öndər Nəşriyyat
Çağdaş Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, əsrin Şərq və dünya şeiri prosesi məcrasında milli poeziyamızı ləyaqətlə təmsil edən xalq şairi Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı poemalar toplanmışdır

Kitabı okuyanlar 25 okur

  • Doğukan Yaşin
  • Vuqar Ozan
  • Şəhla_R
  • Ömerce
  • Banu
  • Kürsümxanım Tahirli
  • Aydın Cavad
  • Amalya
  • Nigar ilqarqızı
  • Saba karimli

Kitap istatistikleri

Okur puanlamaları

10
%78.6 (11)
9
%7.1 (1)
8
%7.1 (1)
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%7.1 (1)