Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri 1. Cild

Üzeyir Hacıbəyov

Seçilmiş Əsərləri 1. Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri 1. Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 1. Cild kitap alıntılarını, Seçilmiş Əsərləri 1. Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qəlbimə bir hiss girmişdir, adı bilməm nədir, Gah acıdır, gah şirindir, heç dadı bilməm nədir.
Sayfa 83 - Şərq-Qərb Nəşriyyatı, Əsli və KərəmKitabı okudu
Axı eşq, eşq eşq bəladır, bəladır, Aşiqlik edən dərdə mübtəladır.
Reklam
Könlüm açılır zülfi-pərişanını görcək, Nitqim tutulur qönçeyi-xəndanını görcək. Baxdıqca sənə qan saçılır didələrimdən, Bağrım dəlinir navəki-müjganını görcək.
Vəhşilər ilə nədir bu birlik? İnsan ilə xoş deyilmi dirlik.
Canını canana verməkdir kəmali aşiqin, Verməyən can etiraf etmək gərək nöqsanına.
Gündə odun yığmaq oldu bizə sənət, Özgə çəkir ləzzət, qaldı bizə möhnət. Gərçi əzab çoxdur, evdə çörək yoxdur; Evdə çörək yoxdur, əmma əzab çoxdur.
Reklam
Ah eylədiyim sərvi-xuramanım üçündür, Qan ağladığım qönçeyi-xəndanın üçündür. Sərgəştəliyim kakili-müjganın ucundan, Aşüftəliyim zülfi-pərişanın üçündür.
Peşədir, hər bir kəsin dərdi-qəmin az eylər, Sevdiyi peşəylə insan hər zaman naz eylər; Peşə ilə hər nəfər öz işlərin saz eylər, Peşəsi olmazsa insanın olar ömrü təbah.
Yaz gəldi, gül açıldı, Çəmən, çölə saçıldı; Könlümdəki yaram da Qızılgül tək açıldı.
Reklam
Məsəl vardır deyərlər ki, Çəkən zəhmət yeyər balı; Çəkib zəhmət, nə bql gördüm, Nə oldum eyşdən hali.
Ya rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni, Bir dəm bəlayi-eşqdən etmə cida məni. Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni.
Yaxşı ilə həm yamanın fərqini seçmək gərək, Hər gözə görünən mətaə tez xiridar olmayın. Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac, Axtarın mərdi tapın, namərd ilə yar olmayın.
Sayfa 117Kitabı okudu
Qəm nədir, qüssə nədir, bil ki, xəbərdaram mən, Nəyə lazımdır olaq dərd-qəmin həmmali; Halbuki xaliqi-sübhan yaradıbdırsa qəmi, Onu rəf etməyə də həqq yaradıb bir hali; İstiqamətdir adı ol halın.
Leyli və Məcnun
Axı eşq, eşq, eşq bəladır, bəladır, Aşiqlik edən dərdə mübtəladır.
18 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.