Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri

Nigar Rəfibəyli

Seçilmiş Eserleri Sözleri ve Alıntıları

Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri kitap alıntılarını, Seçilmiş Eserleri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bu gecə evimdə işıqlar söndü. Nə qəmli olurmuş dünya işıqsız, Deyirlər şairin odlu ürəyi Zülmətdə nur saçır, guya işıqsız... Bir kiçik şeir də yarada bilsəm, Şair ilhamına deyib afərin, Gündüzün eşqiylə bircə an gülsəm Dolar ürəyimə nuru göylərin. Ey ilham, ey məni yaşadan qüvvə, Qəlbimdə bir bahar nuru oyandır, Sönsə də evimdə çıraqlar bir an Könlümdə əbədi bir günəş yandır.
İNSAN GÜLÜŞÜ
Hər nəğmədən, hər avazdan xoş olur Ürəklərdən qopan insan gülüşü. Qoymayın kəsilsin, sevimli gənclər, Gözəl yurdumuzdan bir an gülüşü. İnsanın gülüşü dünyaya dəyər, Zəhərli, iynəli olmasa əgər; Gəlsin bağçalardan hər axşam-səhər, Ötsün qumru kimi canan gülüşü. Gəncliyə, həyata zinətdir gülüş, Silahdır, qüvvətdir, qüdrətdir gülüş; Xasiyyətdə gözəl cəhətdir gülüş, Yaşadır bu qoca cahan gülüşü. Gülüşü dünyaya dəyənlər də var, Gülüşlə zamanı döyənlər də var. Gülüşü bir dağı əyənlər də var, Yaşatsın bu gözəl dövran gülüşü.
Sayfa 153
Reklam
Vida
Yuxuda dünyayla vidalaşırdım, Dünya gözəl idi, ayrılmaq çətin. Deyirlər, yaxşıdır qocalıb ölmək, Belədir qanunu kor təbiətin. Dünyadan ayrılmaq çətindir, gülüm, Tez də gəlsə, gec də aparsa ölüm. Həyatın günləri keçsə də acı, Ölümdən istəmir insan əlacı... Yaşamaq – namuslu bir insan kimi İnsana şərəfdir, böyük nemətdir. Ömrün uzunluğu bəs deyil, ömrün Mənalı keçməsi bir səadətdir. Ömrü kitab kimi vərəqləyəndə Nə qədər boş günün, ziyanın olmuş. Nə qədər yaşayıb yaratmısansa Bu ana torpağın, dünyanın olmuş. Boş keçən günlərin ağ vərəqlərdir, Yazmamısan ora bir sətir belə. Çalışaq, dolduraq günlərimizi Həyatın işıqlı nəğmələriylə.
Sayfa 37
Amin, Allahım...★
Qoy cəbhələr ayırmasın bizi övladdan Qoy aparsın oğulları gözəl gəlinlər Qara bulud asılmasın göydən heç zaman Yurdumuzun üzərində parlasın səhər...
ÇƏTİN HƏYAT YAXŞIDIR
Çətin həyat yaxşıdır Asan ölümdən əlbət, Dövrəmizi alsa da iyrənc işlər, kin, nifrət. Çətin həyat yaxşıdır asan ölümden əlbət. İztirablı yollarla irəliləmək yaxşıdır, Yaralı ayaqların qanasa da yollarda. İrəli yüyürməyə arzu-dilək yaxşıdır. Yaxşıdır məhəbbətdən, xəstəlikdən incimək. Amma ki, olmayasan Məzar qaranlığında açan marqarit çiçək.
Sayfa 280
Dənizin səsi gəlir
Unutmaq istəyirəm xatirələri, Dənizin səsi gəlir... Unutmaq istəyirəm Qəlbimin sınıq məhəbbətini, İztirablı bir eşqin hekayətini. Unutmaq istəyirəm Acı-şirin xatirələri, Dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, Əfsanələr kimi şirin, xəyali dəniz, Sevmişəm dalğalarında, Günəşində yanmışam. Qumlu sahillərini Yalınayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı, dəniz. Sinəsi sinəm kimi Hicran dağlı dəniz. Unutmaq istəyirəm Sahilində şirin yuxular kimi keçən Həzin axşamları, Günəşli səhəri, Unutmaq istəyirəm Yandırıb-yaxan xatirələri, Dənizin səsi gəlir...
Sayfa 57
Reklam
Ey sərv-qəddü simtək, Şəkkər ləbül qönçə dəhən, Doğrusu, sən çox gözəlsən, Biz də bir az pis deyilik.
Sayfa 314Kitabı okudu
AMANDIR, SƏS ELƏMƏYİN YARALIDIR NƏR SİNƏSİ ƏSGƏR CAN VERİR BU GECƏ DÖŞÜNDƏ NAMƏRD GÜLLƏSİ...
Könlüm quşu sünbül saçının toruna düşmüş, Bülbül kimi hər gül sarı avazı qalıbdır. Gül fəsli o quş hansı yana meyl eləmiş ki, Bağ içrə fəqət sərvi-sərəfrazı qalıbdır.
Sayfa 259Kitabı okudu
Reklam
Nəsimiyə derlər: yarın ilə xoşmusan? Xoş olaydım, olmayaydım kimə nə? O yar bənim, kimə nə? Könül bənim, kimə nə?
Sayfa 371Kitabı okudu
Nə çoxdur dünyanın dərdi, kədəri. Nə ağırdır insanların bitib tükənməyən qəmləri...
Nə fərqi var...
Gəlsən ölərəm sevincdən, səadətdən; Gəlməsən ölərəm qəmdən, həsrətdən... İndi ki ölümüm yaşayır səndə Nə fərqi var, əzizim, Gəlsən də, gəlməsən də.
İndi həsrət yaşını gözlərimdən silirəm, Yanında olmasam da, qəlbindəyəm, bilirəm!
Dost
Dar gündə başımın üstünü aldın, Əzəldən tanıyıb bilmədiyim, dost. Halıma acıdın, dərdimə qaldın, Xoş gündə danışıb, gülmədiyim, dost. İsitdi qəlbimi bütün bir qışı, Mavi gözlərinin həzin baxışı, Nə yaxşı tanıdım, səni nə yaxşı, Eşqini qəlbimdən silmədiyim, dost... ********** Nə şirin, nə gözəl bir röya idi, Şirin söhbətlərin, şirin vüsalın, Bu bir dostluq idi, ya sevda idi, İlişib könlümdə qaldı xəyalın...
105 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.