Sabir Rüstəmxanlı poeziyası milli şüur poeziyası, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizənin poeziyası, qarşısıalınmaz ruh qüvvəsinin poeziyasıdır. Bu poeziyada böyük ictimai konfliktlər yaşayır. Ən iri konflikt lirik qəhrəmanın mənəvi ucalığı ilə dünyanın mövcud vəziyyəti arasındakı uyğunsuzluqdan gəlir. Kitabda doğma xalqının mənəvi gözəlliklərinə, qəhrəmanlığına və nəcibliyinə, öz məmləkətinin təbiətinə və tarixinin ən işıqlı yarpaqlarına vurğun şairin zəngin yaradıcılığından seçilmiş poetik nümunələr toplanmışdır.