İnsanın gözlərini yaşarda biləcək, həcmcə kiçik amma mahiyyətcə böyük olan hekayələr. Bu vaxta kimi oxumadığıma görə çox heyfsiləndim. Əhvalatların əvvəlində sonluğu təyin etmək mümkünsüzdü. Həyatın bütün acınacaqlı və toxunulmayan nüanslarına aydınlıq gətirən, gözəl hekayələrdir. "Pyero", "Boyunbağı", "Simonun atası" adlı novella hekayələr daha çox diqqətimi cəlb etdi. Ədəbiyyatla maraqlanan, kitab oxumağı sevənlərə məsləhət görürəm. Xoş mütaliələr...