Seçilmiş Əsərləri

Qövsi Təbrizi

Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Can nədir, kimsə onu etməyə cananə fəda, Ola, ya olmaya bir mur Süleymanə fəda. Vǝchi var, bağrımı cəllad gözün doğrar kim, Ola hər parəsi bir navəki-müjganə fəda. Bir təbibin yenə bimariyü dilxəstəsiyəm Ki, məni dərdə nisar eylərü dərmanə fəda. Yeri var ab ola şimşad xüramından anın, Qətrə-qətrə ola ol sərvi-xüramanə fəda. Belə kim, nami-xuda, çeşmin içər qan, saqi, Et ana sədqə üçün bir neçə peymanə fəda. Savurur göglərə rəşk atəşi xakistərimi, Şəm❜ə hərgah qılır canını pərvanə fəda. Mən ki, bir böylə süxənsaz hərifəm, Qövsi, Nola, yarəb, olum ol çeşmi-süxəndanə fəda.
Sayfa 24
Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər, Zəncirə baş endirməz, divanələriz bizlər. Dünya ilə surətdə var ülfətimiz, əmma Mə'nidə bu aləmdən biganələriz bizlər. Seylabi-həvadisdən neylər bizə gərdun kim, Tufani-kəşakəşdən viranələriz bizlər. Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz, Hərçənd ki, dillərdə əfsanələriz bizlər. Yox taqətimiz, əmma fariğ degilik, Qövsi, Ol mah büti-Çindir, bütxanələriz bizlər.
Sayfa 94
Reklam
haray kim, nə dilim var, nə dil anlayanım, əgərçi ney kimi cismim fəğan ilən doludur.