Seçilmiş Əsərləri

Mirvarid Dilbazi

Quotes

See All
ÇIRAQ OLSAN
Çıraq olsan mən pərvanə olardım, Od xilqətlim hey... yanardım oduna. Ömrüm boyu od içində qalardım, Sən su olub, yetişsən də dadıma. Yağış olub, yağsan belə üstümə, Dözüb sənin alovuna, tüstünə Mən dönərdim odlu Simurq quşuna Yana-yana dolanardım başına.
Sayfa 152
Duyğular
Səhra küləkləri kimi – Könlüm mülkündə duyğular Gah soyuq, gah isti əsdi. Gah gecikdi, Gah tələsdi. Gah gözdə - göz yaşım dondu, Gah ürəyim oda yandı... Demədim, bəsdi! Duyğular! Üzdüm fikirlər selində Xatirələrin elində... Kədər xəncəri əlində Yolumu kəsdi duyğular! Gah ağlatdı xəlvət-xəlvət, Əzizlərdən açdı söhbət, Gah göstərdi mənə ülfət. Gah məndən küsdü duyğular.
Sayfa 182
Reklam
ƏHVAL-RUHİYYƏ
Ürəyimdə nə sevginin odu var, Nə ağzımda yeməklərin dadı var. Günlərimin qəmlisi var, şadı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın günəşi var, ayı var, Meşəsi var, bulağı var, çayı var, Xəyalımda bir gözəllik payı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın aranı var, dağı var, İnsanların xəstəsi var, sağı var, Qarşımızda ölüm adlı yağı var. Yaşayıram, dünya yenə gözəldir. Sonu olan planetdə yaşaram, Gah susaram, gah kükrərəm, daşaram, Aldadılmış bir uşağa oxşaram, Yaşıl yarpaq sabah sarı xəzəldir. Fani dünya niyə belə gözəldir?!
Sayfa 184
Sənsiz
Şər qarışır, İşıqla qaranlıq yarışır... Otağım yarıqaranlıq, Ürəyimdə bir nigaranlıq, Sinəm – biçilmiş kövşən yeri... Ağlayır sənsiz Zəmanənin bu divanə şairi.
Sayfa 151
YÜNGÜL ADAMLARLA
Yüngül adamlarla dostluq eyləmə, Şərabla qızanda onların başı Satır bir qədəhə dostu, yoldaşı, Bir udum şərab ver, o qulun olsun, Oynasın əlində futbol topu tək. Tək şərab almağa bol pulun olsun, O, sənin qarşında yer süpürəcək. Çökəndə gözünə şərab dumanı, Pozulur sərxoşun əhdi, peymanı, Bir qədǝh şəraba nəinki səni, Satar o torpağı, ana vətəni. Başı ayılanda biləcək nə var, Ölümdən qorxuncdur yüngül adamlar.
Sayfa 107
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.