Seçilmiş Əsərləri

Əliağa Vahid

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş, Əvvəl vəfalı, axırı bietibar imiş! Canan yolunda nalə ilə keçdi günlərim, Eşq əhlinin nəsibi bütün ahü zar imiş! Zülfünmü könlümü, gözəlim, tarimar edən, Ya ki könül əzəldən elə tarimar imiş! Ahu baxışlı gözlərinin mübtəlasiyəm, Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş! Oldum əsiri bir gözəlin, indi bilmişəm, Məcnun nə vəchdən vətənindən kənar imiş! Fərhadə tənə eyləyəni səngisar edin, Bax Bisütuna, eşqə o da yadigar imiş! Vahid, olur ki, sevgi fəlakət də törədir, Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Sayfa 302
Reklam
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm, Səni vəfalı bilib, canfədalıq eyləmişəm. Rəqibə həmdəm olub, salmısan məni gözdən, Haçankı gün sənə mən bivəfalıq eylemişəm? Səninlə yar olalı bir zaman üzüm gülməz Ki, bilmirəm sənə nə biədalıq eyləmişəm? Cəfanı tərk elə, məhparələr cəfa eləməz, Nə müddət idi qapında gədalıq eyləmişəm. Günüm qaraldı səri-zülfünün xəyalından, Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm? Kəsib ümidimi, Vahid, mən öz nigarımdan, Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Sayfa 141
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür? Aşiq ki, verir canını – cananə üçündür. Sevməz o qara zülfünü heç kimsə mənimtək, Zəncirə həvəs eşqdə divanə üçündür. Xəlq olmamısan aşiqi incitməyə, zalım! Bax, gör bü gözəllik sənə, aya, nə üçündür?! Hər aşiqin öz sevdiyi məşuqəsi vardır, Gül bülbül üçün, şəm isə pərvanə üçündür. Bülbül nə bəla çəksə yolunda sənin, ey gül, Qəlbində məhəbbət yenə biganə üçündür. Zahid buraxıb məscidi, meyxanəyə gəlməz, Bayquş yaranandan bəri viranə üçündür. Vahid, məni sərdəftəri-eşq içrə yazıblar, Məcnun sözü dillərdə bir əfsanə üçündür.
Sayfa 298
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır, Əvvəl var idi vəslinə həsrət, yenə vardır. Zülfündən idi sübhə kimi hər gecə söhbət, Hər yerdə, hər işrətdə o söhbət yenə vardır. Çox zalımı məhv etdi, dəyişdirdi təbiət, Səndə, mələyim, vəhşi təbiət yenə vardır. Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma, Fəth etsə qoşun hər yeri, qarət yenə vardır. Min fitnə yatıb naz ilə ahu baxışında, O məsti-xətadidədə adət yenə vardır? Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm, Hazırda bizim əsrdə cənnət yenə vardır. Vahid, bu qəzəldə sənə Möcüz verib ilham, Sənətkar özü yoxsa da, sənət yenə vardır.
Sayfa 291
Tale mənə yar olmasa, mən neyləyə billəm? Zövqümcə nigar olmasa, mən neyləyə billəm? Bir ahu baxışlı gözələ çoxdan əsirəm, Ahimlə şikar olmasa, mən neyləyə billəm? Mərdliklə, sədaqətlə gözəl dost yolunda, Bir can ki, nisar olmasa, mən neyləyə billəm? Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən Kamimcə mədar olmasa, mən neyləyə billəm? Mən bir gül üçün yalvarıram xarə həmişə, Güldən o kənar olmasa, mən neyləyə billəm? Məhparələrin cövrünü çəkməkliyə, Vahid, Könlümdə qərar olmasa, mən neyləyə billəm?
Sayfa 135
Reklam
128 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.