Seçilmiş Əsərləri

Cengiz Aytmatov
Yedigey bir tərəfdən də özünə təəccüb eləyirdi, elə ağrıyıb-acıyırdı ki, elə bil onların başına gələn işlərin onun özünə dəxli vardı. Axı bu adamlar onun nəyi idi? Axı o, özünə deyə bilərdi ki, bu sənin ağlın kəsən şey deyil, sənə nə qalıb? Bir də sən kimsən ki, haqqın olmayan işlərə baş qoşursan, haqq-hesab aparırsan? Zəhmətkeşin, çöllünün birisən, dünyada sənin kimilərin sayı-hesabı yox, sənmi qəzəblənməlisən, sənmi hirslənməlisən, həyatda nəyin ədalətli, nəyin ədalətsiz olduğu barədə sənmi öz vicdanını narahat eləməlisən? Axı bu işlərin başında duranlar, yəqin ki, sən Boranlı Yedigeydən çox bilirlər. Sənin bu Sarı-Özəkdə bildiklərin hara, onların orada bildikləri hara!.. Axı sənin nə dərdinə qalıb? Di gəl ki, nə qədər eləyirdi sakit ola bilmirdi ki, bilmirdi.
Sayfa 124Kitabı okudu
"Hər şeyə tüpürüb, hara gəldi, baş götürüb gedəcəm". Ancaq elə həmin an anladı ki, heç yana getməyəcək, heç yerdə heç nəyə gərək deyil, heç yerdə də istədiyi güzəranı tapa bilməyəcək.
Sayfa 641 - Ağ gəmiKitabı okudu
Reklam
Bir vaxt biz o dünyada görüşəcəyik. Ancaq orada mən sənin addım səslərini eşitməyəcəyəm. Çünki orada yol yoxdur, Gülsarı, torpaq yoxdur, ot yoxdur, orada həyat yoxdur. Ancaq hələ ki, mən sağam, sən də ölməyəcəksən, çünki mən həmişə səni xatırlayacağam, Gülsarı. Sənin ayaq səslərin mənim üçün ən əziz nəğmə olacaq...
Sayfa 493 - Əlvida, Gülsarı!Kitabı okudu
İlxı Gülsarısız qaldı, yetim qaldı. Ürək də yetim qaldı. Gülsarı özü ilə birgə Tanabayın ürəyini də apardı. O, hər şeyi apardı. Hər şey dəyişdi. Sanki, günəş də o günəş deyildi, göy də başqalaşmışdı, Tanabayın özü də başqa adam idi.
Sayfa 401 - Əlvida, Gülsarı!Kitabı okudu
Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah hesab eləməsə, onda, ilahi, sən özün də olmayacaqsan... Amma mən istəməzdim ki, sən tamam yox olub gedəsən.
İndi bu barədə danışmaq olmur, cavanlar gülür : "Qoca sarsaqlar, canınızı çürütmüsünüz...Axı nəyin xatirinə?" Doğrudan da, axı nəyə görə? Deməli, bir səbəb varmış...
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.