Seçilmiş Əsərləri

Əkrəm Əylisli

En Eski Seçilmiş Əsərləri Gönderileri

En Eski Seçilmiş Əsərləri kitaplarını, en eski Seçilmiş Əsərləri sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri yazarlarını, en eski Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hər şeydən çox, dağlar yadımda qalıb. Bir də günəş yadımda qalıb. Bir də orası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsəyirdi.
Yəqin ki, dağlar dağ qoynunda doğulanların üzünə haçansa cəmi bircə dəfə o təhər gülümsəyir. Elə gülümsəyirlər ki, dağ qoynunda doğulanlar dağları heç vaxt unuda bilməsinlər.
Reklam
Evlərdən yollara açılan qapıların az qala hamısının eyni rəngdə olduğunu mən sonralar dönə-dönə gözlərimlə görmüşəm. Ancaq mənim təsəvvürümdə kənddəki hər qapının öz rəngi qalıb. Bu rəngləri, məndən ötrü, o qapılardan girib-çıxan adamlar yaradıblar: yaxşıların qapısı açıq rəngdə, pislərin qapısı tutqun rəngdə...
Nəhayət, mən doğrudan da qorxmağa başladım: sanki o il qış gəlməyəcəkdi, o qışın əvəzində kəndimizə nəsə qara, qorxunc bir şey gələcəkdi.
Yaqub mənim üstümə qışqırırdısa, deməli, o mənim qohumum idi - hər halda uşaqlar belə hesab eləyirdilər. Mən istəyirdim ki, uşaqlar həmişə belə hesab eləsinlər; mən istəmirdim ki, uşaqlar məni kimsəsiz bilsinlər, buna görə də heç vaxt Yaqubun sözündən çıxmırdım.
Nənəmin qar deyilən şeydən həmişə zəhləsi gedirdi, çünki onun başmağı olmamışdı: ömrü boyu öz balaca ayaqlarında nənəm atamın köhnə, iri başmaqlarını sürümüşdü.
Reklam