Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Ekrem Eylisli

Sözler ve Alıntılar

Tümünü Gör
(Ə.Əylisli. Seçilmiş əsərləri. ”May günü” hekayəsi)
Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı. Bir də orda-burda itlər hürüşürdü. Mərdan kənddən xeyli aralıda - bayaqdan oxuyub, hüştürək çalıb, daşına-torpağına qan uddurduğu dağın kəlləsində dayandı. Kəndə baxdı. Bacısı Səfurənin damından qalxan tüstünü tüstülərin içində çox asanlıqla ayıra bildi, ancaq axşam düşdüyünə görə sevindiklərindənmi, qorxduqlarındanmı, nədənsə, səs-səsə verib can-dildən hürüşən itlərin səsini eşidə bilmədi. Üzüaşağı - kəndə sarı gedə-gedə Mərdan ürəyində iti məzəmmət elədi, çünki ay yarım idi ki, Mərdan kənddə yox idi və onun fikrincə, məhz bu ay yarımda it daha bərkdən hürməli idi, hürüb kənddəki itlərin səsini batırmalı idi və o vicdansız Səttar oğlu Məhəmməd bu səsi hər axşam eşitməli idi; bilməli idi ki, Mərdan sağ-salamatdır, Mərdan yaşayır və Mərdanın əvvəl-axır bu kəndə qayıdacağını həmin Səttar oğlu Məhəmməd hər gün, hər dəqiqə bilməli idi… Bu “məsul” iş isə məhz köpəyin boynuna düşürdü və Mərdanın fikrincə, itin buna mütləq qanacağı çatmalı idi…
Sayfa 312Kitabı okudu
May günü
Hardasa qaranlıq bir zirzəmi. Hardasa bir işıqlı may günü... bir yasəmən ağacı... Və ilk dəfə dərsə gecikmiş bir uşağın yaxından səsi gəlirdi: - Dayı, ay dayı, ağlama...
Sayfa 299 - Çaşıoğlu nəşriyyatıKitabı okudu
Reklam
Ürək yaman şeydir
O pişpişənin böyründə bir əncir ağacı vardı, yarpaqları payızda da gömgöy olurdu. Bir də bir alça vardı, tövlə tərəfdə, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu hələ? Sərvər dedi: - Durur, niyə durmur... Sən mənim başımı bişirmə. Mənim pullarımı ver. - Pişpişə də durur? - Məni dolayırsan? - Dolamıram, soruşuram, dururmu o pişpişə? - Durur, nə olsun ki? - Mən o pişpişənin dibində Əli oğlu Mürsəlin qızını öpmüşəm. - Sərvər dedi: - Sən piyansan, ağzına gələni çərənləyirsən!
Sayfa 310 - Çaşıoğlu nəşriyyatıKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.