Yenə də gözlərim gözündə qalıb,
gördüyüm mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
röyasan, röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə,
saldın ürəyimi eşqə, həvəsə.
Sən ayaq basdığını o yola, izə,
çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada,
bir arzun dəyməsin daşa dünyada.
Bu dünya gözəldi, yaşa dünyada,
sən olan dünyaya qurban olaram.