Dörd Cilddə

Əsərləri - II Cild

Cafer Cabbarlı

Əsərləri - II Cild Sözleri ve Alıntıları

Əsərləri - II Cild sözleri ve alıntılarını, Əsərləri - II Cild kitap alıntılarını, Əsərləri - II Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan; Sevərək parçalayan, parçalayaraq sevən mi?
Yanılırsan, Oqtay! Pulsuz, peyğəmbər ol, yenə sözlərinin qiyməti olmaz.
Sayfa 255 - (Oqtay Eloğlu pyesindən)Kitabı okudu
Reklam
“Solğun çiçəklər”
Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Fəlakətlər təcəssüm edib nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan!
"Vəfalı Səriyyə." (1915)
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcaba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!!
Sayfa 12
-Kaş dеdiyin o şairanə hеyətə, o füsunkar gözəlliyə, uzaqdan-uzağa pərəstiş еdənlərdən biri də mən olaydım. -Nеçin? - Çünki həyat odur!.. Ümid... rəqabət... iztirab. Budur insanı yaşadan, yaşayışı sеvdirən, əyləndirən. Fəqət bu da olmadı. Mən sеvdim, o da sеvdi.
"Aydın" dramındanKitabı okudu
“Vəfalı Səriyyə, yaxud Göz yaşı içində gülüş”
Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrümü yaranmışdın? Zalım! Napak! Bunlar hamısı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş, din, imam, məzhəb, ədl, ədalət, şəriət, hamısı bir kənara atılmış! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyi-biəmanində, səfalətin qəhri-nəhanində puç olub gedirsiniz!
Reklam
Mənzurumuz nə sеyri-çəmən, nə təranədir, Didari-yarı görməyə bunlar bəhanədir.
“Aydın”
Aman Allah! Onun kimi məsum, çiçək kimi pak olan birisi də altunlara satılırsa, dünyada doğruluqmu var deyəcəksən?
Solğun Çiçəklər
Sara, qorxulacaq bir şey yoxdur, mən səni sevirəm, sən məni. Mən sənsiz yaşaya bilmərəm, sən mənsiz. Kimsə bizi birbirindən ayıra bilməyəcək. Ayırdılar...
Reklam
Bulud nə qədər qalın olarsa, tamamilə günəşin işığını pərdələyə bilməz!İldırım nə qədər uzun çəkərsə, bir saniyədən artıq davam еdə bilməz!.. Zəlzələ nə qədər qüvvətli olarsa, bütün dünyanı yıхa bilməz! Hiylə nə qədər qüvvətli olarsa, həmişəlik qalib gələ bilməz!
Sayfa 138 - "Trablis müharibəsi"
Solğun Çiçəklər
Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
Aydın.
Dünyada ən böyük bir səadət, arzu ilə vüsal arasındakı hicrdə imiş..
52 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.