Seçilmiş Əsərləri 2.Cild

Mirzə İbrahimov

Seçilmiş Əsərləri 2.Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri 2.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 2.Cild kitap alıntılarını, Seçilmiş Əsərləri 2.Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Maksim Qorki "Ana"
O gün gələcək!..O gün ki, bütün ölkələrin başlarını qaldırıb, qəti səslə deyəcəklər: daha bəsdir!..Artıq biz belə həyatı istəmirik! O zaman güclülərin həris ağalığı dağılacaq, torpaq ayaqlarının altından qaçacaqdır, onlar söykənməyə bir şey tapa bilməyəcəklər...
Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdi. O belə əqidədə idi ki, insanları pis yollara salan onlara qarşı etinasızlıq və pis münasibətdir. Bu münasibət dəyişsə, adamlar bir-birinə məhəbbətlə və sədaqətlə yaxınlaşsalar, fənalıqlar nə qədər azalardı.
Sayfa 62 - Gələcək gün - Sərtib SəlimiKitabı okudu
Reklam
Onlar saf insan gülüşündə nə böyük mənalar olduğunu, təmiz insan həyatında nə xoş gözəllik gülümsədiyini duymaqdan acizdirlər. Həqiqət onların nəzərində pul kimidir. Nə qədər saxtasını buraxsalar, o qədər çox qazanmış olacaqlar...
Sayfa 448 - "Gələcək gün" SüdabəKitabı okudu
Cümə məscidinin böyük həyətində kim isə avazla Quran oxuyurdu. Bir müəzzinin avazını andıran bu səs gecə qaranlığında məscidin divarları dibinə qısılaraq yatmış dilənçilərin arasındakı xəstə və şikəstlərin zarıltı və naləsini yatıra bilmirdi...
Sayfa 397 - "Gələcək gün"Kitabı okudu
Bəlkə də, bu sevgi qəlbində açılmadan solmuş ilk arzuların məzarı üzərində bitən bir həsrət çiçəyi, bir təsəlli, gülüdür?..
Sayfa 411 - "Gələcək gün"Kitabı okudu
Heç kəs "dünya mənə qalacaq" deyib qürrələnməsin.. Bu torpaq çox mənəm-mənəm deyənlərin başını yeyib. Bu külək çox ocaqlar söndürübdür... Elə ocaqlar ki, oduna min ev isinərdi... Bu çarxın altında çox sümüklər əzilib toza dönübdür. Heç kəs də bu qapıdan çıxanda "doydum" deməyibdir...
Reklam
142 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.