En Eski Seçilmiş Əsərləri - I Cild kitaplarını, en eski Seçilmiş Əsərləri - I Cild sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri - I Cild yazarlarını, en eski Seçilmiş Əsərləri - I Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Böyük tənəffüsdə bir gün Xasay həyətdə oynarkən sinif yoldaşı Rəşid bilmədən ona şiddətlə toxundu. Xasay hirslə geri döndü, üz-gözünü turşudub Rəşidə bir sillə ilişdirdi. Rəşid bir an dinmədi, əli ilə qızarmış üzünü tutub ona baxdı. Sonra mülayim bir səslə dedi:
- Heç utanmırsan, Xasay, adam da öz yoldaşını vurarmı? Mən sənə nə yamanlıq eləmişəm? -
Doğrusu Xasay belə cavab gözləmirdi. Bir də bu sözləri Rəşid o qədər təsirli ifadə ilə söylədi ki, Xasay donub qaldı. Rəşidin üzünə heyrətlə baxdıqdan sonra birdən-birə hıçqıra-hıçqıra ağlamağ başladı.