Beş Cilddə

Seçilmiş Əsərləri - III Cild

Samed Vurğun

Sözler ve Alıntılar

Tümünü Gör
Əyilib alnımdan öpmək istədi. Yox!-dedim, -gözəl Ay! Hələ dayan bir! Həsrətlə ayrılsaq daha gözəldir... Uçdu göy üzünə o dilbər sona, O getdi, mən baxdım həsrətlə ona.
Mehriban, lütfkar, doğma bir səs də Bəzən ordu kimi yol açır bizə... Ən ağır vaxtlarda bir xoş nəfəs də Dağ boyda güc verir ürəyimizə.
Reklam
Həyat dünyada durduqca ölümdür ən yaxın dostu, Yaxın dostlarda adətdir əzəldən etibar olmaz!
Sayfa 177
Aygün
İnsan oğlu səadətlə ömür sürəndə Bir an kimi gəlib keçər onun hər günü. Ya intizar, ya ayrılıq, ya dərd görəndə Bir il sanar bir anın da gödək ömrünü...
Ölüm!
Ölüm! O matəmin pərişan səsi, İnsanın ilk dərdi, ilk fəlsəfəsi. Açarsız, qapısız dəniz kimi lal, Üstündə çırpınıb, döyünmüş xəyal... Onun dəhşətini duyduğu zaman Şaşırmış cəbhədə bəzən qəhrəman... Bəzən də yaşamaq həvəsilə tək, Bir insan ətrafa qılınc çəkərək Bütün bir ordunu heyrətə salmış, Xeymələr dağıdıb, çadırlar almış.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.