Fransız yazar Emile Zolanın Sel adlı qısa hekayəsi real hadisə əsasında yazılmışdır.1875-ci ildə Fransanın Toulouse əyalətində Garonne çayının daşması nəticəsində yaranan sel fəlakəti 3000 insanın ölününə səbəb olmuşdur.Sel və onun gətirdiyi fəlakətlərin qələmə alındığı bu əsərdə möhtəşəm bənzətmələrlə insan özünü hekayənin içində hiss edir.Sonu artıq bəlli olsa da,hekayə o qədər oxunaqlıdır ki,ayrılmaq mümkün olmur.Kitabda 11 xarakter adı çəkilir və onların hər biri haqqında qısa da olsa məlumat verilir.Bu xoşbəxt ailənin yer üzündən silinişini izləyirik sanki Seldə..
Zola'nın təsviretmə qabiliyyətinə heyran qaldım desəm yeridir.Sel sularının gəlişini,səsini,yüksəlişini,həmçinin qorxunu,hüznü,üzüntünü,ümidsizliyi yaşayırmışcasına hiss edirik.Gözyaşları içində bitirdim..