Sevgi açarı

Ramiz Rövşən

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
6/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ramiz Rövşendən oxuduğum ikinci kitabdır. Ramiz Rövşən dedikdə, sevgi-məhəbbət şeirləri canlanır gözlərimdə. Şairin şeirlərini öz dilindən dinləmək daha zövqlüdür əlbət. Amma kitabı oxumağın da var ayrı bir ləzzəti. Bəzi şeirlər xarici şairlərin şeirlərinə etdiyi tərcümələrdir.(Az qismi) Kitab: "Dünyanın sən olan yeri" "Səni tapşırıram ay işığına" "Yaylığını yel aparır" "Ayrılıq" "Günah" adlı 5 bölmədən və "Xəyanət" adlı kinopovestdən ibarətdir. Müəllif önsöz olaraq qeyd edir ki, "müxtəlif vaxtlarda, xüsusən gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür." "Gənc Ramizin şeirləri" desək, yerinə düşər. Bunu mən demirəm, Ramiz Rövşənin söylədiyi sevdiyim sözlərdəndir. Bir neçə sətir də şerilərindən əlavə edim: Mən elə bilirdim ölərəm sənsiz, Mən sənsiz ölmədim, məni bağışla.. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq? Yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq. Məncə, hər kəs "Ramiz Rövşən dəryası"na enməlidir.
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
Reklam
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
"...Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi..."
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
~ Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin ~ Kitabda şairin gənclik illərində yazdığı şeirləri (əsasən sevgi şeirləri) toplanıb. Şeir sevgimi artıran kitablardan oldu. Ən çox məktəbli Ramizin yazdığı şeirləri və kitabın sonundakı "Xəyanət" povestini bəyəndim :)
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
256 syf.
4/10 puan verdi
·
25 günde okudu
Ramiz Rövşən - Sevgi açarı Hər birimizin tanıdığı görkəmli şairimiz Ramiz Rövşənin yeni nəşr olunmuş kitablarından birini almağı özümə borc bildim. Çünki mən müasir ədəbiyyatımızı heç oxumuram. Ağlımda digər kitabı olsa da mağazada məhz Sevgi açarı ilə qarşılaşdım. və aldım. Mənim müasir şeirlərlə aram çox da yaxşı deyil. Qulaq aşınalığım olan şeirlər də məhv Ramiz Rövşənin şeirləri idi. Daha çox Nizami, Füzuli, Xətai, Sabir, Şəhriyyar oxumağı sevən və onlarən irsindən doymayam mən bu kitabla çoxlu şeirlər oxudum. Kitabda həmçinin “Xəyanət” adlı bir kinopovest də var. Müəllif bu kitabı cavanlara hədiyyə etdiyini və tanınan bilinən şeirləri ilə yanaşı heç vaxt çap olunmamış, gənclik illərindən indiyə qədər yazmış olduğu şeirlərinin toplandığını qeyd etmişdi. @teaspressaz nəşriyyatından çıxan kitabın cildi çox gözəldir. Əlbəttə ki, hərf səhləri də öz yerindədir.
Gülsen
Gülsen
-da. 13azne əldə etmişəm. Kitabda altını xətlədiyim, bəyəndiyim misralar oldu. Amma niyəsə “toxunmayan” şeirlər də çox oldu. Bu haqda rəy yazmaq mənə düşməz:) Sadəcə deyim ki, Ramiz Rövşənin öz sesi, səsləndirməsi ilə şeirlərini dinləmək daha gözəldir. Şeir sevənlərə tövsiyə edirəm. Mən isə şeirlərdən uzun müddət ayrı qalacam:)
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
Resim