Sevgidən Eşqə

Ganire Paşayeva

Quotes

See All
Ayrılmaqmı?.. Bəzi insanlar ayrılıqdan şikayət edərlər... Əslində sevən sevdiyindən heç zaman ayrılmır ki... Çünki sevməyə davam edir, özləməyə, gözləməyə davam edir... O zaman bunun harası ayrılıqdı.. Hər dəqiqə onun haqqında fikirləşir. Görəsən indi haradadır, kiminlədir, nə edir... Artıq gecdir yəqin indi yatıb, artıq günəş çoxdan çıxıb yəqin oyanıb... Görəsən bu gün məni xatırladımı...
Sayfa 38
Belə!
Gerçəkdən də həyatda hər kəsin öz həyat yolu var həyatımızda baş verən heç bir şey təsadüf deyil... Bəzən itirdiklərimizə təəssüflənirik, üzülürük, acı çəkirik. Bu sevgili də ola bilir, bir dost və ya bir əşya da... Amma çox zaman anlamaqda çətinlik çəkirik ki, öz yolu ilə gedənlərin həyatında baş verən heç bir şey təsadüfü deyildir... Əgər itirdiklərimiz bizim yolumuzun bir hissəsidirsə və ya biz onların yolunun bir hissəsiyiksə o nə vaxtsa mütləq qayıdacaq... Əgər onlar bizim yolumuzun bir hissəsi deyillərsə və ya biz onların yolunun bir hissəsi deyiliksə onsuz da heç bir şey edə bilmərik.
Sayfa 76
Reklam
Şair demiş, "Ayrılıqlar Da Sevgiyə Daxildir...!"
Sayfa 41
Bu bir gerçəkdir.İnsan hər zaman məhz xatırlamaq istəmədiklərini xatırlayır və unutmaq istədiklərini unuda bilmir.Bəlkə də səbəb xatirələrin keçmişin həqiqəti olmasıdır... Ondan isə nə qaçmaq, nə də onu unutmaq olar...
Sayfa 137
Mənim üçün ayrılıq insanın insandan cismani ayrılığı deyil, mənim üçün ayrılıq sevdiyin şəxslə bağlı arzularının, xəyallarının bitməsidir...
Sayfa 28
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.