Salamlar, əziz kitabsevərlər.
Oxuduqca həyatıma nəzər saldığım, məni düşündürən və yol göstərən möhtəşəm kitab...
Islam və dinimizin dirəyi namaz haqqında həm öyrənəcəyiniz, həm də həyatınıza tətbiq etmək istəyəcəyiniz maraqlı və lazımlı məlumatlar olan bir kitabdır.
Yaxşı ki, oxudum dediyim kitablardan biri oldu. Kitabın yazarından Allah razı olsun.
Oxuduqca ağlımdan keçənləri və yaşadığım hissləri indi sözlə ifadə etmək çətin gəlir. Bu kitab və Sözler Köşkü sayəsində neçə insan Islam haqqında öyrənib və ən əsası namazlarını davamlı qılmağa başlayıb. Bir sözlə, insanların həyatının daha da yaxşı olmağına əvəzsiz kömək ediblər.
Yaxşı ki, belə insanlar, kitablar, videolar var.
Zəhməti olan hər kəsə Allah hər iki dünyanın səadətini nəsib etsin. Amin.