Təhlilimi uzun yazmayacam, çünki məndən əvvəl təhlil edənlər demək lazım olanları qeyd ediblər, təhlil paylaşımlarında. Çox xoşum gəldi, kitabla burda sitat sayəsində tanış olmuşdum( Ismayil bəyin paylaşımında). Kitabda həm fəlsəfə, həm tibbi, bioloji vs. mövzular yer almışdır. Ən çox sevdiyim hissəsi bioloji olan hissəsi idir. Oxumağa dəyər kitabdır, açığı gözləntim çox aşağı idi, içində bu qədər məlumat verəcəyini və bu qədər geniş mövzulardan bəhs etdiyini gözləmirdim, hə, ən əsas bəyəndiyim isə sonda mənbələri qeyd etməyi idi. Ki mənim üçün ən vacib bir nəsnədir bu. İkinci dəfə təkrar oxuyacağım kitablar siyahısına əlavə olundu. Ortaq oxumağı Vəfaya təklif etmişdim, mənimlə ortaq oxuyub mütaliə etdiyinə görə isə Vəfama təşəkkürlər!