"O, doqquz ay qazamatda qaldı, bir ay da monastırda.
Hələ qazamatda olanda içkiyə qurşandı, monastırda da əl çəkmədi bu vərdişdən və evə zəifləmiş halda, əldən düşmüş əyyaş kimi qayıtdı.
Varvara Alekseyevna and-aman eləyirdi ki, bunu əvvəlcədən görürdü. Yevgeni mübahisə eləyəndə görünürdü bu. Liza və Marya Pavlovna heç cür başa düşə bilmirdilər ki, nədən baş verib bu, hər halda həkimlərin dediyinə, guya Yevgeninin ruhi xəstə, psixopat olduğuna inanmırdılar. Onlar bununla razılaşa bilməzdilər, çünki bilirdilər ki, Yevgeni- tanıdıqları yüzlərlə adamın hamısından sağlam-fikirli, sağlam-ağıllıdır"