Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yorumlar ve İncelemeler

Tümünü Gör
372 syf.
·
Puan vermedi
·
67 günde okudu
“… amma sən mənim uşaqlığımsan. İstəsəm də, səni ata bilmərəm və bunu da yaxşı bilirəm.” İnsanın vətənidir uşaqlığı, bir də bu vətənlə eyniləşdirdiyin şəxs olsun. Daha sonra o şəxslə aranıza elə vətən girsin. Uşaqlıqdan qonşu olan azərbaycanlı qız ilə erməni oğlanın sevgisindən bəhs edən, həm də əli çatmadığı üçün yalnız bir hissəsini oxuduğu, sonunu bilmədiyi üçün öz qələmindən Şeyx Sənanın yenidən yazıldığı roman. Bir çoxumuz Şeyx Sənanı düha Hüseyn Cavidin qələmindən tanımış, bir az da araşdırdıqdan sonra sufi şair Fəridəddin Əttar tərəfindən yazıldığını öyrənmiş, bir az da şanslıysa teatrda izləmişik. Mən əsəri ilk görəndə düşünürdüm ki, axı Sahilə xanımı nə bu qədər riskli qərara vadar edib? Axı nə üçün bu qədər mükəmməl əsəri yenidən işləməyi qərara alıb? Sahilə xanım deyir ki, uşaqlıqdan anası ona ən gözəl, mükəmməl sevgi hekayəsinin məhz Şeyx Sənan olduğunu deyirmiş və bu mövzuya yenidən qayıtdıqda özünə doğma hiss edib. Həmçinin o düşünür ki, bu vasitəilə oxucuları yenidən Cavidə qaytarmaq, layiq olduğu diqqətə çatdırmaq üçün tövhə verə bilər. Görüşdə Nərmin xanımın da qeyd etdiyi kimi, əsər çoxlu mövzuları əhatə edir, çoxlu budaqlara şaxələnir, sona doğru isə kökə qayıdır və müəllif uğurla bütün şaxələri birləşdirərək yarımçıq qalmış suallara cavab verir. Kitabın həm müasir Azərbaycan ədəbiyyatını təmsil etməsi, həm də qadın müəllif tərəfindən qələmə alınması onu daha doğma edir! Oxuyun, oxutdurun!
Şeyx
ŞeyxSahilə Yaya · Teas Press Nəşriyyatı · 201832 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.