Səhra Savaşı

Vaqif Sultanlı

Sözler ve Alıntılar

Tümünü Gör
Qоcaya elə gəlirdi ki, həyat deyilən şey sadəcə bitməz-tükənməz yоldan ibarətdi. Bu yоlun dayanacaqları məzara çevrilərək yоl kənarlarında bitən insan taleləridi. İllər keçdikcə zamanın gərdişi ilə о məzarlar da dağılıb məhv оlacaq, yer üzündə insan adına bir iz, bir nişanə qalmayacaq. Ancaq yоl davam eləyəcək, insan da əbədi оlaraq bu yоlun yоlçusu kimi öz məzarına, ölümünə, son mənzilinə tələsəcək...
Sayfa 172Kitabı okudu
Elə bil ömür karvanı uşaqlığından birbaşa qocalığa adlamışdı. Yaddaşının boşalmış yuvalarında ömrünün cavanlıq illərindən kiçicik bir iz, nişanə qalmamışdı. Həyatının uşaqlıqla qocalıq arasında keçən, indi xatırına gətirə bilmədiyi illəri sanki adada yaşayıbmış, dünyadan, insanlardan təcrid olunubmuş kimi xəbərsiz-ətərsiz ötüb keçmişdi...
Reklam
"Bəzən özü də istəmədən uşaqlığını xatırlayır, ömrünün erkən çağları uzaq, əlçatmaz xəyallar örtüyündə, dumanlar içərisində hafizəsində canlanırdı. Yaddaşını ağrıdan o uzaq illərlə bağlı xəyalları özündən qovub uzaqlaşdırmaq istəsə də, bacarmırdı, əksinə xəyallar ixtiyarsız olaraq onu alıb aparır, həyatının aşağılarına, uzaq dərinliklərinə qaytarırdı. Uşaqlıq illərini xatırlamaq istəməməsinin səbəbini özü də anlaya bilmirdi. Sadəcə xəyallar onu keçmişə apararaq o uzaq illərin xatirələrinə qovuşdurduqca içinin dəniz kimi çalxalandığını hiss edir, ruhu varlığından siyrilib çıxmaq istəyirdi. Qocanı rahatsız edən bir də o idi ki, keçmişə üz tutduğu halda uşaqlıq illərinə dönmək istəmir, ömrünün o çağlarını yaddaşından qoparmağa çalışırdı. Ancaq yaddaşını doğraya-doğraya o uzaq çağlara aparan duyğularını özündən qovduqca uşaqlıq xatirələrinin daha böyük cazibə ilə ruhuna, varlığına hopduğunu hiss edir və bundan heç cür xilas ola bilməyəcəyini anlayırdı. Uşaqlıq xatirələri yaddaşında elə bir iz salmışdı ki, onu heç cür qaparıb atmaq mümkün deyildi"...
Sayfa 73
Bəlkə də onu bu qədər narahat edən tənhalıq qorxusu deyil, ölümün adiləşməsi idi. Həyat büsbütün mənasızlıq girdabına yuvarlanmış, insan gərəksiz bir məxluqa çevrilmişdisə, adından, şöhrətindən asılı olmayaraq kimsəyə zərrəcə əhəmiyyət verilmirdisə, başqa cür olması da mümkün deyildi bəlkə... Çünki ölümə qarşı bunca biganəliyi həyatın adiləşməsi yaratmışdı. Həyatın mənasız olduğu dönəmlərdə ölümə qarşı biganəliyin hökm sürməsi təbii idi. Həyat mənasızdırsa, o zaman mənasız olan bir şeyin itirilməsi kimin vecinə olacaqdı ki...
Sayfa 119Kitabı okudu
"Bir anlığa elə düşündü ki, tarix eləcə bitmiş ömürlərin bitməyən fəryadları şəklində yaşamaqdadı"
Sayfa 115
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.