Ümumilikdə qadın həyatları haqqında əsərlər oxumaqdan vaz keçə bilmirəm hər oxuyanda ürəyim parçalansa, yuxularımı qatsam belə. Dünyanın müxtəlif tərəflərində, ətrafımızda acı çəkən ,min cür acı çəkən, şiddət görən, zorakılığa məruz qalan qadınlar var. O qadınların hər birini qucaqlayıb yanında olmaq istəyirəm. Bu kitabın məni bu qədər sarsacağını bilmirdim. Düzdür, tərcüməsi yordu məni, yarı türkcə, yarı azərbaycanca ilə. Çünki hər iki dildə də rahatlıqla mütaliə edə bildiyim halda, belə olması mənə heç yaxşı təsir etmədi. Nəysə. Amma kitabı oxuyanda ürəyiniz parçalanır. Həssas insanlara oxumağı tövsiyə etmirəm. Bir qadının alın yazısı olur, bəzən doğuldu ev, coğrafiya. Bəzən nə qədər çabalasa, yıxıldığı yerdən qalxmağa çalışsa belə, həyat ona elə zərbələr vurur ki, öyrənir yaşaya bilmək üçün yumşaq yox, sərt olmağı. Bəs o sərtlik ölümü xilas kimi görməyinə belə gətirib çıxarsa nə olur? İnsanlara dəyər verməyi bacarın, bir insanın sizin ucbatınızdan həyata nifrət etməsinə yol açmayın, şiddətdən uzaqlaşın, psixoloji , fiziki, hər növ şiddətdən... (