Başlıq: Sıfır teorisi
Yazar: Geoffrey Household
Səhifə: 221
Janr: Ədəbiyyat,Triller
Nəşr: Olimpos
Hərkəsə salam,
Triller janrda olduğunu düşünərək almışdım.Açığı məni məyus etdi.
Qəhrəmanımızın macəradan-macəraya atılacağını düşünmüşdüm.Ən azından məni belə düşünməyə vadar edən, bəzi "oxucuların" kitab barədə fikirləri idi.
Əsərdə, əsilzadə bir adamın törətdiyi sui-qəsd nəticəsində,polisdən və agentlərdən qaçışından bəhs edilir.Lakin, kitab başından ortalara doğru sıxıcı irəliləyir və məncə,lazımsız təfərruatlardan çox bəhs olunur.Ortalara doğru əsər hərəkətlənir və sonadək bu tempini heç itirmir.Mənim kimi kitabdan böyük ümidləriniz varsa,biraz məyus ola bilərsiniz.
Qeyd: Yazarın şəxsən özü də 2-ci dünya müharibəsi illərində İngiltərə adına cəsusluq edirmiş.Bu əsər mənə sanki özünün bioqrafiyasıymış kimi hiss etdirdi.