Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Sayfa Sayısına Göre Əsir Düşərgəsi Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Əsir Düşərgəsi sözleri ve alıntılarını, sayfa sayısına göre Əsir Düşərgəsi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Müəllifdən
"Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə yalnız həmsöhbətlərimin yazılmasına icazə verdiklərini oxuyacaqsınız... İçimizə əmanət etdiyimiz təfərrüatlar isə, onlara söz verdiyim kimi, biz həyatda olmayandan sonra dərc olunacaq...
Mən ölkəmin onminlərlə vətəndaşı kimi müharibə uşağıyam. Biz güllə səsi ilə, bomba altında, zirzəmilərdə, sığınacaqlarda böyü- müşük. Qulaqlarımız layla yerinə atəş səsi eşidib. Riyaziyyatı şəhərə yağan bombaları hesablayaraq, ana dilini axan qanlara deyilən ağılarla öyrənmişik...
Reklam
Həmsöhbətlərimin pıçıltı ilə danışdıqları yaddaşıma güllə kimi sancılıb..
- Siz də atasınız, yəqin ki, övladınız var... Bayaqdan əmr verən adam əsgərlərə döndü: - Türk düz deyir, biz də atayıq! Oğulun bir qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik. Qoy dəfn eləsin! Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq! Əllərini açın, nəzarət edin, oğlunu basdırsın. Get, türk, get oğlunu dəfn elə. İcazə veririk...
-Türk düz deyir,biz də atayıq!Oğulun biz qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik.Qoy dəfn eləsin!Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq!Düşməndən belə intiqam almağı əldən vermək olmaz!Əllərini açın,nəzarət edin,oğlunu basdırsın.Get,türk ,get oğlunu dəfn elə.İcazə veririk.
Bu hekayəti yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanlarının-körpələrin xatirəsinə ithaf edirəm
Reklam
59 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.