Sirli Dəvətnamə

Vüqar Bayramlı
Ofisdə baş vermiş vacib sənədlərlə birlikdə müəmmalı dəvətnamə oğurluğuna görə çıxılmaz vəziyyətə düşən şirkət sahibi Hafiz Xosrovoğlu gənc detektiv Alxaz Nağızadəyə müraciət edir. Onun dəvətindən sonra baş vermiş qətl hadisəsi daha da gərginliyə səbəb olur. Amma buna baxmayaraq Alxaz Nağızadə cinayətlərin üstünü məharətlə açıb, oğurluq və qətl hadisəsinin günaharlarını tapır. Təxminən əlli beş yaşı olan Azərbaycan dedektiv ədəbiyyatı XXI əsrin başlanğıcından yeni inkişaf mərhələsinə qədəm qoysa da istər keyfiyyət, istərsə də kəmiyyət baxımından hər şeyin öz qaydasında olduğunu söyləmək hələ tezdir. Çünki hələ də bu janr üzrə oxucu tələbatını ödəyə biləcək sayda tanınmış imzaya rast gəlinmir. Bunun əsas səbəbi dedektiv yazmağın özünəməxsus çətinliyi ilə bağlıdır. Müşahidələr göstərir ki, bir çox qələm sahibləri, oxucular və ədəbi tənqidçilər belə bu janrın nə demək olduğunu səhv anlayırlar. Onlara elə gəlir ki, hər hansı bir bədii əsərdə qətl hadisəsi varsa və ya müəllif hər addımbaşı oxucusundan nəyisə gizlədirsə, bu dedektiv sayıla bilər. Əslində isə normal, əhatəli dedektivin tələbləri daha çoxdur. Onu yaradıb müasir oxucu qarşısına çıxarmaq üçün yazıçıdan yüksək ədəbi istedaddan əlavə kifayət qədər analitik düşünmə bacarığı, məntiqi təfəkkür tələb olunur. Eyni zamanda yazıçı ölkəmizin hüquq – mühafizə orqanları haqqında qanunlardan, ən azı cinayət – prosessual məcəllədən məlumatlı olmalıdır. Və ən əsası, yuxarıda qeyd olunduğu kimi yenə də yüksək ədəbi istedaddır. Bu olmadan heç nəyə nail olmaq olmaz. Bu gün Azərbaycanda çox sayda “dedektiv roman” yazılır. Bu zəif yazıların ucbatındandır ki, bir qrup insanlarda bu janra qarşı mənfi münasibət yaranıb. Bəziləri isə dedektivə və dedektiv yazanlara sadəcə qısqanclıqla yanaşır. Amma kim nə deyir – desin, dedektiv janrı bütün dünyada qəbul olunan, sevilən ədəbi janrdır. Və nə qədər ki, ədəbiyyat var, o da var olacaq. Bizdə də bu janra maraq göstərənlər hədsiz çoxdur. On yaşından doxsan yaşına kimi, kifayət qədər dedektiv oxucuları var və onlar bu janrı heç də, təkcə vaxt keçirmək xatirinə oxumurlar. Bütün bunları nəzərə alaraq Azərbaycan dedektiv ədəbiyyatının inkişafını həmişə arzulamış və bu yolda əlimdən gələni etməyə çalışmışam. Bu baxımdan gənc yazıçı Vüqar Bayramlının ilk qələm təcrübəsi olan “Sirli Dəvətnamə” romanının əlyazması ilə tanış olanda sevindim. Ona görə sevindim ki, dedektiv ədəbiyyatımıza yeni bir imzanın, istedadlı bir qələm sahibinin gəldiyini duydum. Vüqar Bayramlıda bacarıqlı dedektiv ustası olmaq üçün lazım olan bütün potensial imkanlar var. Analitik düşüncə, məntiq, mürəkkəb gedişləri nizama salmaq bacarığı, elmi bilik, müasir dünyagörüş... “Sirli Dəvətnamə” romanında haqqında bəhs edilən oğurluq hadisəsi və onun ətrafındakı hadisələr, bəlkə də qədərindən artıq mürəkkəbdir. Mənim şəxsi fikrimcə, bu, əsərin yazılışını da, oxunuşunu da çətinləşdirən səbəb sayıla bilər. Amma onu da qeyd etmək lazımdır ki, gənc yazar öz payına düşən çətinliyin öhdəsindən bacardığı qədər gəlməyə çalışıb. İnanıram ki, əlinizdə tutduğunuz bu kitabı maraqla oxuyacaqsınız və Vüqar Bayramlı bu ilk kitabı ilə müəyyən oxucu kütləsi qazanmaqla özünü təsdiq etdirəcək. Sizə bu çox çətin peşədə uğurlar arzu edirəm, Vüqar bəy! Elxan Elatlı
272 sayfa
Reklam

Yorumlar ve İncelemeler

273 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Vuqar Bayramlinin ilk kitabi olmasina baxmayaraq cox deqiqlikle ve incelikle qeleme alinib."Dedektiv " janri heqiqeten de cox cetin ve murekkeb janrdi.Dusunme qabilyyeti cox yuksek olmalidi ki,yazilan eser de yuksek seviyyede olsun.Menim de en sevdiyim janrlardan biri dedektivdi.Bu janrda yazan yazicilarin dusunme qabilyyetine heyran qaliram... Bu eserde heyecanli ve tesirli sehneler de oldu.Nagizadenin sovdelesmeler terefinden qacirilmasi sehnesi heqiqeten heyecanli idi.Nagizadenin vereceyi qerar ve atacagi addim cox maraqli idi.Ve sonda Nagizadenin etdiyi hereket esil insanliga yarasan hereketiydi.Yaveri xanimina ve elil usagina gore efv etmesi.Esil insan bele hereket ederdi. ...Dedektiv sevenler ucun ela kitabdi...
Sirli Dəvətnamə
Sirli DəvətnaməVüqar Bayramlı · Nərgiz Nəşriyyatı · 201529 okunma

Yazar Hakkında

Vüqar Bayramlı
Vüqar BayramlıYazar · 3 kitap
Vüqar Bayramlı 1 mart 1987-ci il tarixində Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1993-cü ildə birinci sinfə gedib. Məktəb vaxtlarından etibarən mütəmadi olaraq, aktiv şəkildə futbol və yüngül atletika idman növləri ilə məşğul olmağa başlayır. 2004-cü ildə məktəbi bitirir və həmin il də ADİU-nun "Beynəlxalq iqdisadi münasibətlər" fakültəsinin "İnzibati idarəetmə" ixtisasına qəbul olur. 2009-cu ildə hərbi xidmətini başa vurub. Uzun müddət nəqliyyat sahəsi və bank sektorunda fəaliyyət göstərib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bir neçə xarici dil bilir. Bakı şəhərində yaşayır, subaydır. Yaradıcılığı Əsasən detektiv, psixoloji və psixoloji-detektiv kimi janrlarda əsərlər yazır. Yaradıcılığa birbaşa romandan başlayıb. İlk kitabı detektiv janrda olan "Sirli Dəvətnamə"dir. İkinci kitabı isə psixoloji-detektiv janrda yazılan "Biçarə Sevgilər" romanıdır. Təxminən ötən iki yüzillikdə məşhur yazıçılar detektivi başqa janrlarla sintez etməyə başladılar. Bunun da nəticəsində yeni ədəbi janrlar meydana gəldi. Bu sıraya tarixi-detektiv, siyasi-detektiv, mistik-detektiv, fantastik-detektiv və digər janrları əlavə etmək olar. Vüqar Bayramlının yaradıcılığında böyük yer tutan psixoloji-detektiv ədəbi janrı detektiv ədəbiyyatda bir o qədər də təsadüf edilmir. Bu janrda demək olar ki, roman yazılmayıb. Ona görə də müəllifin məşğul olduğu bu janrı detektiv ədəbiyyatda yeni janr hesab etmək olar.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.