Sirlər Xəzinəsi

Nizami Gəncəvi

En Yeni Sirlər Xəzinəsi Sözleri ve Alıntıları

En Yeni Sirlər Xəzinəsi sözleri ve alıntılarını, en yeni Sirlər Xəzinəsi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR
Hansı könüllərdə ki, dindən od var, əsər var, İkinci dünyadan da xəbər tutmuşlar onlar. Əlində, ovcundadır hər nə varsa dünyada, Dinin dərdini çək ki, sərvətin olsun o da. At aləmi, tut dini... var ikən bu cür imkan, Bu alverdə nə üçün aldatsın səni şeytan? Din adlı kəhrəbanın arpa boyda zərrəsi, Bir batmanlıq iksirin bərabəri, əvəzi. Tök ətəyindən daşı, cəvahiri satın al, Dəyiş qara torpağı saf qızıla, qalx, ucal! Bu alverdə, bu yolda ruzuya çatmaq asan, Bir alıb, on verirsən, düz on qat qazanırsan. Bu qazancdan faydalı daha nə var cahanda? Bu ziyansız alverdən xeyir götür bir anda.
Sayfa 96 - "Lider"nəşriyyatKitabı okuyor
Adəmin yaradılmasına dair
Yaraşarmı sənə heç iblis felinə düşmək? Sən bir sultan şirisən, hürmə qapıda it tək! Əgər tövbə etməsən Adəm kimi ürəkdən, Alnındakı ləkəni silə bilməyəcəksən. Suçun varsa, üzr istə. Paka çıx Adəm kimi, Adəm üzr istəməklə, de, təmizlənmədimi?
Sayfa 90 - "Lider" nəşriyyatKitabı okuyor
Reklam
O şeyi ki, təklikdə heç bir kəs tapa bilməz, Bircə nəfəsdə tapır onu iki həmnəfəs. Bir-birinə verirlər sevgililər mükafat, Bədən bədənə peşkəş, könül könülə sovqat.
Sayfa 81 - "Lider" nəşriyyatKitabı okuyor
GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA
İnan, nemət sayılmaz cahan səltənətləri, Min qızılın bir dostdan üstün deyil dəyəri. Yer üzündə hər kəsin dosta ehtiyacı var, İllah, elə dosta ki, dar gündə dada çatar. Mey dostları zay edər ayı, günü, həftəni, Beləsindən ustün bil qapındakı cəftəni.
Sayfa 68 - "Lider" nəşriyyatKitabı okuyor
ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ
Qızıl üçün, zər üçün sinov gedən həriflər Sənətin sikkəsini, görün nəyə veriblər?! Qızıl sözü qızıla dəyişənlər alçalır, Zülmətə işıq salan ləli verir, daş alır.
Sayfa 62 - "Lider"nəşriyyatKitabı okuyor
Söz qoşmağın fəziləti haqqında
Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə Tükü qırx yerdən bölən sözdən kəskin nə var,nə?
Sayfa 58 - "Lider" nəşriyyatKitabı okuyor
Reklam
682 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.