Sirlər Xəzinəsi

Nizami Gəncəvi

Sirlər Xəzinəsi Sözleri ve Alıntıları

Sirlər Xəzinəsi sözleri ve alıntılarını, Sirlər Xəzinəsi kitap alıntılarını, Sirlər Xəzinəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İKİNCİ MÜNACAT
Ey hələ biz yox ikən var olan ülvi, uca! Biz öləndən sonra da ey, əbədi qalacaq! Dövran sənin əmrinin cilov çəkən nökəri, Yəhərini daşıyır fələyin çiyinləri. Biz ki, sənin qapını döyən dilənçi -yazıq... Qulaqları qapıntək həlqəli qullarınıq. Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz, Heç bir könül tikənə minnətçi olmadıq biz. Qorxumuz da səndəndir, ümidimiz də sənsən, Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən. Köməksizik, çarə qıl, sənsən ümid yerimiz, Sən də qovsan qapından, kimə yalvararıq biz?
Sayfa 30 - "Lider" nəşriyyatKitabı okuyor
Yalnız cəhənnəmdən yox, hər istidən-soyuqdan, Səni saxlayan zireh düzlük, paklıqdır, inan.
Sayfa 167Kitabı okudu
Reklam
İnan, nemət sayılmaz cahan səltənətləri, Min qızılın bir dostdan üstün deyil dəyəri. Yer üzündə hər kəsin dosta ehtiyacı var, İllah, elə dosta ki, dar gündə dada çatar.
Gecə-gündüz çabalar dolanmaq üçün hər kəs, Öz qismətindən artıq, inan, heç nə yeyənməz! Əzəldə söz verdiyin din uğrunda, get, çalış, İşləməklə nə dövlət, nə də ruzu çoxalmış. İstəsən ki, olasan hamıdan əziz insan, Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan! Çox əlləşdi Nizami, nə qazandı? Soyuq ah, Neylədisə, yol açdı isti nəfəsli Allah!
ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ
Qızıl üçün, zər üçün sinov gedən həriflər Sənətin sikkəsini, görün nəyə veriblər?! Qızıl sözü qızıla dəyişənlər alçalır, Zülmətə işıq salan ləli verir, daş alır.
Sayfa 62 - "Lider"nəşriyyatKitabı okuyor
Neçin suçlarımızı yükləyək zəmanəyə?
Sayfa 177 - Lider NəşriyyatKitabı okudu
Reklam
683 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.