Sirlər Xəzinəsi

Nizami Gəncəvi

Sirlər Xəzinəsi Gönderileri

Sirlər Xəzinəsi kitaplarını, Sirlər Xəzinəsi sözleri ve alıntılarını, Sirlər Xəzinəsi yazarlarını, Sirlər Xəzinəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ
Təhsili olmasa da o, çox yüksəkdir, inan, "Əlif' ilə Adəmdən, "mim" ilə Məsihadan. Sədaqətdə, vəfada "əlif' gördülər onu, Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu! Məhəmməddir aləmin ən işıqlı nöqtəsi, Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi. Cahana baş əyməyən kamil kişi olsa da, Öyünməkdən, kibrdən uzaq gəzdi dünyada.
Sayfa 33 - "Lider"nəşriyyatKitabı okuyor
İKİNCİ MÜNACAT
Ey hələ biz yox ikən var olan ülvi, uca! Biz öləndən sonra da ey, əbədi qalacaq! Dövran sənin əmrinin cilov çəkən nökəri, Yəhərini daşıyır fələyin çiyinləri. Biz ki, sənin qapını döyən dilənçi -yazıq... Qulaqları qapıntək həlqəli qullarınıq. Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz, Heç bir könül tikənə minnətçi olmadıq biz. Qorxumuz da səndəndir, ümidimiz də sənsən, Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən. Köməksizik, çarə qıl, sənsən ümid yerimiz, Sən də qovsan qapından, kimə yalvararıq biz?
Sayfa 30 - "Lider" nəşriyyatKitabı okuyor
Reklam
Başlanğıc
Bismillahir-rəhmanir-rəhim. Hikmət xəzinəsinə budur açar, ey həkim! Odur fikrin əvvəli, odur kəlamın sonu, Nə iş görsən, Tanrının adıyla qurtar onu
Sayfa 23 - "Lider" nəşriyyatKitabı okuyor
Belədir əzəldən insan xilqəti, Hər vaxt axtarışdadır onun sənəti. Kimisi axtarır sonsuz dənizlər, Kimisi dənizin dibində gövhər.
Sən, ey fələklər qədər uca, dəyərli İnsan! Nazını çəkməkdədir bu yer, bu göy, kəhkaşan. Heç xəbərin varmı ki, səsin yetişir hara? Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Sayfa 125Kitabı okudu
Əməlinlə mələksən, ya da iblis, unutma. Tıkanlı gül tikanla anılıbdır həmişə,
Reklam
668 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.