Sirlər Xəzinəsi

Nizami Gəncəvi

Quotes

See All
SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ ÜÇÜNCÜ GÖZƏLLƏMƏ
Ey varlığı ən təmiz ruhlardan daha təmiz! Ruhuna canım fəda! Ulu peyğəmbərimiz! Sənsən rəhmət yurdunun tən ortası, mərkəzi, Qələminlə silindi hər zəhmətin nöqtəsi. Sən Əcəm şahlarının həmişəlik şahısan, Ərəb yolçularının Ayısan, pənahısan. Yolu göstərməsən də, yol tapırlar sayəndə, Baş kətxuda özünsən, kəndə heç dönməsən də.
Sayfa 41 - "Lider" nəşriyyatKitabı okuyor
Peyğəmbərin Meracı
O idrakın gözündən gizlənə bilməz heç vaxt, "Onu görə bilmərik!" deyənlər kordu ancaq. Tapmdığını görmək bir səadətdir, bəli, Mütləq görülməlidir O, mütləq görülməli! O pərdəni görməyə məkan varmı?Məkan yox. Yürüməyə, çatmağa zaman varmı?Zaman yox. O pərdənin ardını görməyi bacaranlar, Məkanı tapmasa da, laməkana yol tapar. Tanrı sifətlərini inkar küfrdür saqın, Cahil olma, nə yönü, nə yeri var Allahın. Tanrı var, fəqət onun mənzili, məqamı yox, Məkana möhtac olan Tanrı sayılarmı? Yox! Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gücüylə gördü. Haqqın hazırladığı meydən içdi Peyğəmbər, Bizim də qəlbimizə damızdırdı bir qədər.
Sayfa 38 - "Lider"nəşriyyatKitabı okuyor
Reklam
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ
Təhsili olmasa da o, çox yüksəkdir, inan, "Əlif' ilə Adəmdən, "mim" ilə Məsihadan. Sədaqətdə, vəfada "əlif' gördülər onu, Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu! Məhəmməddir aləmin ən işıqlı nöqtəsi, Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi. Cahana baş əyməyən kamil kişi olsa da, Öyünməkdən, kibrdən uzaq gəzdi dünyada.
Sayfa 33 - "Lider"nəşriyyatKitabı okuyor
Hələ açılmamışdı oyunların pərdəsi.
Sayfa 131 - Lider NəşriyyatKitabı okudu
Sən, ey fələklər qədər uca, dəyərli İnsan! Nazını çəkməkdədir bu yer, bu göy, kəhkaşan. Heç xəbərin varmı ki, səsin yetişir hara? Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Sayfa 125Kitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.