Səkkizinci Gün

Kəramət Böyükçöl

Most Liked Səkkizinci Gün Posts

You can find Most Liked Səkkizinci Gün books, most liked Səkkizinci Gün quotes and quotes, most liked Səkkizinci Gün authors, most liked Səkkizinci Gün reviews and reviews on 1000Kitap.
İnsanlar səni öldürəcəklər. Siranuş: - Mən yaxşı insan gəzirəm. - Yaxşı insan yoxdur. - Mən insanı tapsam, başa salacağam, yaxşı insan edəcəyəm, bir-birini öldürməsinlər. Pələng Siranuşun yanınca addımlayırdı. - İnsanlar bizi başa düşmədi, ona görə onlardan üz döndərdik, onlara düşmən kəsildik,- pələng dedi. Siranuş: - Mən yaxşı insanların yanına gedirəm, sizi barışdıracağam. Pələng sözünə davam elədi: - Biz heç vaxt barışmarıq, onlar bizim ata anamızı öldürüblər, yenə də öldürəcəklər.
Reklam
Güllələr adamlara sərrast dəyirdi. Güllələr elə bil öyrədilmişdi, Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarsınlar, sonra qolların istiliyini soyutsunlar, lap axırda başdan ağlı alsınlar. Güllələr özünü rahat hiss eləyirdi. İstədikləri yerə yağırdılar. Ağılları olmadığından hər yerə və hər adama satılırdılar. Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən,qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi. Bakıda müdafiə naziri birini öz başına vurmaq istədi.Güllə bəyənmədi o başı.
Allah onlara xilas olmaq üçün səs verir, dil verir, ancaq fikir vermir.
Güllələr adamlara sərrast dəyirdi. Güllələr elə bil öyrədilmişdi, Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarsınlar, sonra qolların istiliyini soyutsunlar, lap axırda başdan ağlı alsınlar. Güllələr özünü rahat hiss eləyirdi. İstədikləri yerə yağırdılar. Ağılları olmadığından hər yerə və hər adama satılırdılar. Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən, qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi.
Hansı bölgənin yaltağı azdısa, prezident o bölgədən küsürdü, bir az soyuq olurdu o tərəfə.
Reklam
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.