Səkkizinci Gün

Kəramət Böyükçöl

Səkkizinci Gün Gönderileri

Səkkizinci Gün kitaplarını, Səkkizinci Gün sözleri ve alıntılarını, Səkkizinci Gün yazarlarını, Səkkizinci Gün yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bakıda isə şırtıq səsləri şəhəri başına götürmüşdü; ağacın meyvəsinə əl çalırdılar, doğulan körpəyə əl çalırdılar, ölənlə-gedənin dalınca əl çalırdılar, kim vəzifəyə gəlirdi əl çalırdılar, kim vəzifədən gedirdi əl çalırdılar, tutulana da əl çalırdılar, türmədən çıxana da.
Reklam
Antik çağda love
Əvəzin baxışları Siranuşun üzündə yurd eləmişdi. Siranuş qurd-quş, ilan görəndə eyyy, - deyib Əvəzi qucaqlayir, onun boynuna sarılırdı. O da ovuclarini Siranuşun saçları ilə doldururdu. Saatlarla bir-birinin üzünə baxırdılar. Ancaq heç nə anlamırdılar. Bu baxışlar orada doğulur, orada da qurtarırdı. Ülkər Qurgenin yanında yatırdı. Üşüyəndə ona sığınırdı. Siranuş Əvəzin istiliyinə bürünür . Əvəz bulaqdan ovucları ilə Siranuşa su içirdirdi. Ancaq əlləri ilə Ülkərə su içizdirmək Qurgenin ağlına belə gəlmirdi. Bir dəfə ağlına gəldi, ancaq Qurgen su dolu ovuclarını Ülkərə yox, Siranuşa uzatdı. Əvəz Qurgenin Siranuşa su İçirdiyini görəndə bir az pis oldu, qızardı. Əlləri əsdi və su əlindən yerə calandı. Ayağı əsdi, ayağının altındakı daş dərəyə diyirləndi.
Güllələr adamlara sərrast dəyirdi. Güllələr elə bil öyrədilmişdi, Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarsınlar, sonra qolların istiliyini soyutsunlar, lap axırda başdan ağlı alsınlar. Güllələr özünü rahat hiss eləyirdi. İstədikləri yerə yağırdılar. Ağılları olmadığından hər yerə və hər adama satılırdılar. Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən, qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi.
15 öğeden 11 ile 15 arasındakiler gösteriliyor.